“Azərxalça” növbəti ildən boyaq bitkilərinin tədarükünə başlayacaq

11:10 07-10-2019 | icon 32 | Mədəniyyət
“Azərxalça” növbəti ildən boyaq bitkilərinin tədarükünə başlayacaq

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2020-ci ildən boyaq bitkilərinin tədarükünə başlayacaq.

 

Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, bu proses respublikamızda ilk dəfədir ki, həyata keçirildiyindən maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.

 

Məqsəd boyaq bitkiləri, onların toplanma üsulları barədə əhalini maarifləndirməkdir. Ona görə də bu ildən bölgələrdə əhali ilə görüşlər keçiriləcəkdir. İlk belə tədbir Quba rayonunun Təngəaltı kəndində təşkil olunub.

 

Tədbirdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov çıxış edərək son illər ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlər barədə danışıb.

 

Qeyd olunub ki, hazırda “Azərxalça”nın respublikamızın bölgələrində 21 filialı fəaliyyət göstərir. Səhmdar Cəmiyyətin filiallarından 3-ü məhz bu bölgədə - Qubada, Xaçmazda və Şabranda yaradılıb. “Azərxalça”nın filiallarının və respublikamızda fəaliyyət göstərən özəl xalça istehsalı emalatxanalarının yun ipliklə təmin edilməsi və idxaldan asılılığın aradan qaldırılması üçün Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabriki tikilib. Bu fabriki xammalla Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri təmin edəcək. Həmin məntəqələrdə bu ilin may ayından yun tədarükünə başlanılıb. Gələn ildən isə boyaq bitkiləri tədarük olunacaq. Tədarük olunan yun əyrilərək iplik istehsal ediləcək, həmin iplik də toplanan təbii boyaq bitkiləri ilə boyanacaqdır.
Vidadi Muradov Quba rayonu ərazində bitən boyaq bitkiləri haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, təbiətdə boyaq tərkibi olmayan heç bir bitki yoxdur. Bar verməyən ağacların belə, gövdəsi, yarpaqları rənglidir. Azərbaycanda 1500 növə qədər boyaq xüsusiyyətli bitki vardır.

 

Bu boyaq bitkilərinin böyük əksəriyyəti Quba rayonu ərazisində mövcuddur.

Rayonun Cimi kənd sakini Ağacan Kərimov çıxış edərək deyib ki, xalçaçılığın inkişafına yönəldilmiş belə tədbirlər əhalinin rifah halının yaxşılaşdırılmasına da böyük təsir göstərir. O bildirib ki, Quba rayonunun ərazisi boyaq bitkiləri ilə zəngindir. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Qubada boyaqçılıq emalatxanaları fəaliyyət göstərib. Bu boyaq bitkilərinin toplanması heç bir xərc tələb etmir. Sadəcə zəhmət çəkmək lazımdır. Boyaq bitkilərinin tədarük olunması rayon sakinləri üçün əlavə qazanc mənbəyidir.
Ağacan Kərimov onlara göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərinə minnətdarlığını ifadə edib.


Sonra bu ərazidəki meşədə yabanı halda bitən zoğal, zirinc, qoz, yemişan, əzgil, itburnu, çaytikanı, alça, armud, alma, palıd, gəndəlaş toplanıb, bu boyaq bitkilərindən hansı rənglərin alındığı barədə ətraflı məlumat verilib. Boyaq bitkilərinin təbiətə zərər vurmadan necə toplanması əyani şəkildə tədbir iştirakçılarına izah edilib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Radikal müxalifətin ikinci oktyabr iflası

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

ALDP-dən polis zorakılığına qarşı bəyanat

"Xalq siyasi, iqtisadi, sosial islahatlarda Prezidentə dəstək olmalıdır"