Ümumdünya vərəmlə mübarizə gününə həsr olunmuş konfrans

01:56 07-04-2018 | icon 432 | Sağlamlıq
Ümumdünya vərəmlə mübarizə gününə həsr olunmuş konfrans

Aprelin 6-da Sağlamlığa Xidmət İctimai birliyinin təşkilatçılığı ilə ümumdünya vərəmlə mübarizə gününə həsr olunmuş konfrans keçirilib.

Versus.az-ın məlumatına görə, öncə Aprel şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.


Tədbiri açan Sağlamlığa Xidmət İctimai birliyinin sədr müavini Pərvanə Vəliyeva bəşəriyyət yaranandan mövcud olan vərəmin dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlik olduğundan danışıb. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə təşkilatının (ÜST) məlumatına əsasən, 2000-2016-ci illər ərzində dünyada 53 milyon insanın həyatı bu xəstəlikdən xilas olsa da, hər gün dünyada 28 500 insan vərəmlə xəstələnir və hər gün 4500 insan vərəmdən dünyasını dəyişir.


Tədbirdə çıxış edən Sağlamlığa Xidmət İB-in sədri Elçin Muxtarlı vərəm xəstəliyinin dünyadakı və ölkəmizdə vəziyyətindən danışıb. Bildirib ki, Sağlamlığa Xidmət İctimai birliyi 2011-ci ildən İİV/QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal fondun maliyyə dəstəyi ilə azadlığa buraxılan vərəmli xəstələrin müalicələrinin mülki sektorda izlənilməsi və onlara sosial dəstək layihəsini Ədliyyə və Səhiyyə Nazirlikləri ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirir:

 

"Bu günədək azadlığa buraxılan 684 vərəmli xəstə bu layihədən bəhrələnib, onlardan 299 nəfəri dərmanlara davamlı vərəm xəstəsi olub. Layihə çərçivəsində hər ay bu xəstələrə baş çəkilir, onların vərəməleyhi dərman preparatları çatdırılır və bəlğəm nümunələri toplanaraq Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə çatdırılır. Layihə Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir".

 


Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin Müalicə işinin təşkili şöbəsinin müdiri Füzuli Hüseynov penitensiar sistemdə vərəmə nəzarətin yüksək səviyyədə həyata keçirildiyini, İxtisaslaşdırılmış Müalicə müəssisəsində vərəmin diaqnostikasını qısa zamanda həyata keçirən müasir laboratoroloji avadanlıqların quraşdırıldığını qeyd edib:

 

"Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmin müalicəsi mərkəzləşmiş qaydada həyata keçirilir, bütün cəzaçəkmə müəssisələrində aşkarlanan vərəm xəstələr ixtisaslaşmış müalicə müəssisəsinə köçürülür və orada onların effektiv müalicəsi təmin edilir. Ümumdünya Səhiyyə təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildə “Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi” adlı təlim mərkəzi yaradılıb. Dünyanın heç bir ölkəsinin həbsxana sektorunda mövcud olmayan bu təlim mərkəzində bir çox ölkələrdən gələn mütəxəssislər bizim təcrübəmizi öyrənirlər".


Sağlamlığa Xidmət İB-in azadlığa buraxılan vərəmli xəstələrin izlənilməsi layihəsinin koordinatoru Çingiz Ramazanlı bildirib ki, penitensiar müəssisədə olarkən vərəm müalicəsinə qoşulan xəstələrin azadlığa buraxıldıqdan sonra yaşadıqları əraziyə ən yaxın dispanserdə qeydiyyata düşmələri təmin olunur, onların ikinci sıra vərəməleyhinə dərman preparatları İMM-in dərman anbarından alınaraq, çatdırılır. O eyni zamanda rəhbəri olduğu Vərəmsiz gələcəyə doğru pasiyent hüquqlarının müdafəsi təşkilatı haqqında məlumat verərək bildirib ki, bu xəstəliyi keçmişdə yaşamış və xilas olmuş insanlar təşkilatın əsas üzvləridir.


Keçmişdə xəstəliyi yaşamış və uğurlu müalicə nəticəsində sağalmış Amal Allahverdiyev bildirib ki, cəmiyyətdə vərəm xəstələrinə qarşı ayrıseçkilik çox yüksək səviyyədədir:

 

"İnsanlar bu xəstələrdən qorxmasınlar, vərəm sağalan xəstəlikdir. Mən digər xəstələrə də müalicədən yayınmamağı və müalicə rejiminə sonadək əməl etməyi tövsiyə edirəm".


Tədbirdə iştirak edən AR Milli Məclisinin Sosial Qanunvericilik aparatının rəhbəri Ədilə Abbasovanın müavini Mehdi Qurbanov çıxışında vərəm xəstələrinin sosial problemlərinin həll olunmasının vacibliyini vurğulayıb və tədbirin təşəbbüskarlarına öz minnətdarlığını bildirib.


Sonda "Qışın isti nəfəsi" adlı vərəm haqqında qısametrajlı maarifləndirici bədii film nümayiş olundu və fevral ayında elan olunmuş jurnalist müsabiqəsinin qaliblərinə diplom və mükafatlar təqdim edildi.

 


QHT TV-nin bədii rəhbəri və redaktoru Cəsarət Hüseynzadəyə isə QHT-lərə verdiyi dəstəyə və vərəmlə mübarizədə fəal iştirakına görə Sağlamlığa Xidmət İB-in sədri Elçin Muxtarlı tərəfindən mükafat təqdim olunub.


Xatırladaq ki, müsabiqənin qaliblərindən biri də Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri Təbriz Vəfalıdır.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Hidrometeorologiya Departamenti xəbərdarlıq edib

İcra başçılarına müraciət ünvanlanıb

"Qafqazinfo.az" - 8

"Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur"