"Bu rüsvayçı xəritə təhlükəsizlik məsələsidir"

01:33 07-04-2018 | icon 188 | Gündəm
"Bu rüsvayçı xəritə təhlükəsizlik məsələsidir"

"Bu iş artıq ticarət məsələsi deyil, Azərbaycanın milli təhlükəsizlik məsələsidir".

 

Versus.az xəbər verir ki, bu sözləri Axtar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə paytaxtda turistlərə satılan suvenirdə əksini tapan Qarabağ ərazisinin təsvir edilmədiyi Azərbaycan xəritəsinə münasibətində deyib. Onun sözlərinə görə, bu məsələ dərindən araşdırılmalı və günahkarlar ciddi surətdə cəzalandırılmalıdır:

 

“Burada həmin xəritəni hazırlayanlar, onun istehsalını həyata keçirən müəsisələr, hətta satıcıların özləri belə günahkardır. Məgər satıcı satdığı malın təsvirinə diqqət etmirmi? Satıcı da ideoloji təxribatlı malın yayılmasına birbaşa cavabdehlik daşıyır. Bu məsələlərə bir qayda olaraq, Mədəniyyət və Turizm Nazirliyi nəzarət etməli, monitorinqlər həyata keçirməlidir. Artıq bu məsələlərlə bağlı çox ciddi bir qurumun yaranmasına ehtiyac var. Çünki ölkəyə gələn turistlərin sayı durmadan artır. Həmin turistlər Azərbaycanın mədəniyyəti və keçmişi ilə bağlı çox sayda suvenirlər alırlar. Məgər biz satılan malların hamısının təsvirinə baxırıqmı? Bu hələ üzə çıxarılandır. Mediada belə xoşagəlməz hallarla bağlı informasiyalar birinci dəfə deyil ki, işıqlandırılır. Belə çıxır ki, bu işdə ya xüsusi marağı olan qruplar var, ya da kimlərinsə bu məsələdə səhlənkarlığı Azərbaycanın milli maraqlarına ciddi zərbə vurur. Bütün müvafiq orqanları bu məsələ ilə bağlı ciddi surətdə məşğul olmağa çağırıram”.

 

Millət vəkili Fazil Mustafa isə Azərbaycanın milli atributları, tariximizlə bağlı suvenirlərin ölkəyə gətirilən zaman ciddi yoxlanışdan keçməli olduğunu vurğulayıb:

 

“Mütəmadi olaraq turistlərin çox olduğu ərazilərdə satılan belə məmulatlara nəzarət olunmalı və monitorinqlər təşkil edilməlidir. Hər hansı bir şəkildə Azərbaycanın dövlət atributlarını, suverenliyini müəyyən dərəcədə görməzdən gələn bütün bu məmulatlara münasibət dərhal yerində bildirilməli və dövriyyədən çıxarılmalıdır. Çünki Qarabağsız, Naxçıvansız Azərbaycanın təsvir olunması halı varsa, bu, təxribatdır. Halbuki biz Ermənistana ötən əsrin 20-ci ilində verilmiş Azərbaycan ərazilərini, Zəngəzuru, Meğrini, Dərələyəzi, Göyçəni da, 1918-ci ildə Ermənistana paytaxt kimi rəsmi qərarla güzəştə gedilən İrəvanın 20-ci əsrin əvvəlindəki türk kimliyini özündə əks etdirən xəritə və fotolarını suvenirlərdə təsvir etməliyik".

Qeyd edək ki, jurnalist Sənan Nəcəfov Bakıda turistlərə satılan Azərbaycan xəritəsində Qarabağ ərazisinin təsvir olunmadığı suvenirin fotosunu paylaşıb. Mədəniyyət və Turizm Nazirliyi olayın araşdırıldığını və bu barədə mediaya məlumat veriləcəyini açıqlayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

Arif Paşa: “Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - MÜSAHİBƏ 1

Akif Əlizadə adına təqaüd

Aprel qazisi özünü öldürüb

Lamiyə Rzayeva: “Ölkəmizdə sosial işlə bağlı yanlış yanaşma var”

“Mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir” – MÜSAHİBƏ 2

Ertələnən seçkilərdə iştirakçılıq

Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

“Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” - MÜZAKİRƏ

Rus dilinin tədrisi təklif olunub

Türkiyədə - ETİRAZ BƏYANATI

"Bakıda ən çətini tormozlamadır"

Politoloq: Erməni müxalifəti Qarabağ məsələsində daha da radikal mövqe tutub - MÜSAHİBƏ

Sabah baş nazirin təsdiqlənməsi məsələsinə baxılacaq