BNA ictimai nəqliyyatdakı problemləri media rəhbərləri ilə müzakirə etdi-FoTo/ VİDEO

17:35 07-10-2019 | icon 88 | Cəmiyyət
BNA ictimai nəqliyyatdakı problemləri media rəhbərləri ilə müzakirə etdi-FoTo/ VİDEO

 

Vüsal Kərimli: “Məqsədimiz ictimai nəqliyyatı güvənli və təhlükəsiz təqdim etməkdir”

 

Bu gün Bakı Nəqliyyat Agentliyi (BNA) Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov olmaqla bir qrup media rəhbərləri görüş keçirib. 

 

Versus.Az-ın məlumatına görə, media rəhbərləri ilə keçirilən görüş ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli istiqamətində atılan addımlarla bağlı olub.

Görüşdə çıxış edən BNA İdarə Heyətinin sədri Vüsal Kərimli 3 ildir fəaliyyət göstərən Nəqliyyat Agentliyinin əldə etdiyi uğurlarla yanaşı qarşıda duran məsələlərə diqqət çəkib.

 

Vüsal Kərimli bildirib ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxs kimi öz işini uğurla davam etdirir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, o cümlədən də media ilə. Vüsal Kərimli məhz media ilə qarşılıqlı əməkdaşlığın qurulması ilə nəqliyyatın tənzimlənməsinə dair təbliğati işlərinin qurulması və mövcud nöqsanların aradan qaldırılması üçün medianın dəstəyinə güvəndiyini və nəqliyyatın işində müsbət dəyişikliklərin əldə edilməsi üçün birgə fəaliyyətin əhəmiyyətini qeyd etdi. BNA rəsmisi bildirdi ki, məqsədləri hər gün 2 milyon 200 sərnişinin daşınmasında iştiak edən bir qurum olaraq ictimai nəqliyyatı güvənli və təhlükəsiz təqdim etməkdir.

Eləcə də, media ilə müzakirə olunan məsələlər sırasında qanunsuz parklama, süni tıxac yaradan səbəblərə toxunulub.

 

Vüsal Kərimli süni tıxac yaradan əngəllərin aradan qaldırılmasında hər bir vətəndaş, ictimaiyyət nümyəndələrinin təşəbbüs göstərməsini arzu etdi. Təəssüflə bildirdi ki, evdən çıxan və yolun tıxac olması üzündən 2 saat yolda qalan müəllimin məktəbdə verə biləcəyi dərsin keyfiyyəti ola bilməz. Yola çıxan hər bir kəsin nəqliyyat, dayanacaq, parklama və sair problemlərllə qarşılaşmaması üçün hamı tələb olunan qaydalara düzgün əməl etməlidir.

 

Vüsal Kərimli eləcə də BNA-nın birbaşa ixtiyarında olan BAKI Bus-larının işləmə qaydası, beynəlxalq yarışlar ərəfəsində göstərdiyi fəaliyyətlə bağlı müsbət addımların atıldığını, ötən illərlə müqayisədə nəqliyyat və sərnişindaşımada müəyyən müsbət dəyişikliklərin olduğunu vurğulayıb.

 

Görüşdə, çıxış edən media rəhbərləri xüsusilə qəsəbələrdəki ictimai nəqliyyat problemlərinə toxunublar. İctimai nəqliyyatda sürücünün sərnişinlə davranışı və avtobusların müasir standartlara uymaması, bir çox marşrutların o cümlədən qəsəbələrdə sərnişin daşınmasını həyata keçirən avtobusların vaxtlı-vaxtında işləməməyi, bir sıra -108, 81, və digər saylı ictimai nəqliyyatla bağlı narazılıqlar, avrobuslarda sürücülərin siqaret çəkmə faktları əsas müzakirə mövzusu olaraq qeyd olunub və hələ də öz həllini tapmaya ciddi yanaşılmanı vacib sayıblar.  

Vüsal Kərimli BNA olaraq Bakı Busların hərəkətini nizamladıqlarını qeyd etsə də, hamılıqla nəqliyyat sistemindəki neqativləri aradan qaldırmaq üçün ictimai birliyin fəallıq göstərməsini ən mühüm məsələ kimi önə çəkib.

 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılıb.

Xəbərin VİDEOgörüntüsünə Hürriyyət.TV də baxa bilərsiz

 

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Radikal müxalifətin ikinci oktyabr iflası

Prokuror Elina Hacıyevanın ölümündə təqsirləndirilən məktəb direktoruna cəza istədi

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

ALDP-dən polis zorakılığına qarşı bəyanat