ABŞ səfiri Qobustan Qoruğunda olub

17:54 07-10-2019 | icon 34 | Mədəniyyət
ABŞ səfiri Qobustan Qoruğunda olub

ABŞ-ın Azərbaycandakı səfiri Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

 

Versus.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatında bildirilib.

Oktyabrın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

 

Səfir əvvəlcə qoruq ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlarla tanış olub. Qonağa Qobustan abidələri, aparılan arxeoloji tədqiqatlar haqqında məlumat verilib. Bildirilib ki, Qobustan qayaüstü təsvirləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində 6 mindən çox qayaüstü təsvirin, 20 mağara və yaşayış yerinin, 40 kurqanın aşkar edilib öyrənildiyini səfirin diqqətinə çatdıran qoruğun direktoru Vüqar İsayev Qobustanın 2007-ci ildə UNESCO- nun Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib. Qeyd edib ki, nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

 

Qobustanı heyrətamiz mədəni irs bölgəsi adlandıran səfir, qədim incəsənəti görməkdən və buranı ziyarət etməkdən məmnunluğunu ifadə edib. Buradakı abidələrin insanlığın qoyub getdiyi universal bir tarix olduğunu və Azərbaycanın yer üzərində bəşəriyyətin belə vacib bir hissəsi olması ilə mükafatlandırıldığını vurğulayıb.

 

Versus.Az

Xəbər lenti

Qənirə Paşayeva Şimali Makedoniya rəsmiləri və Balkan ölkələri təmsilçiləri ilə görüşüb

Millət vəkili görüşlərdə Qarabağ həqiqətlərindən danışıb

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Deputat Şimali Makedoniyada Qarabağ həqiqətlərindən danışıb

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Cocuq Mərcanlı kəndində “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb

Bakıda Dövlət Bayrağı Günü münasibətilə növbəti iməcilik keçirilib

Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir"

Dövlət Bayrağı Günü Dənizkənarı Bulvarda

Sürücülük vəsiqələrinə dəyişiklik edildi

“İçərişəhər”də Yeni il bayramının keçirilməsi ilə əlaqədar tender elan edildi

Xarici ölkələrdə məhkum olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

Nazirlər Kabineti Dövlət Gerbi ilə bağlı yeni qayda təsdiq etdi

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olundu

“Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında yürüş keçirilib

"Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

"Köklü islahatlar olmasa, bu kadr islahatı uğur gətirməyəcək" - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

ALIYEV CABBAR: "713-lə Laçına doğru"

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQ

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Əzəmətin gücünü qəlblərə damla-damla axıdan dahi

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Araz Əlizadə yenə özünü ifşa etdi

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı