"Azərbaycan hakimiyyətini və şəxsən məni ləkələmək məqsədi daşıyır"

19:47 07-04-2018 | icon 194 | Siyasət
"Azərbaycan hakimiyyətini və şəxsən məni ləkələmək məqsədi daşıyır"

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sosial şəbəkələrdə milli mənəvi-əxlaqi dəyərlərə zidd kampaniyanın həyata keçirilməsində Azərbaycan hakimiyyətinin və özünün adının hallandırılmasına münasibət bildirib.

 

Versus.az-ın məlumatına görə, Ə. Həsənov deyib ki, son günlər virtual şəbəkədə milli mənəvi-əxlaqi  dəyərlərə zidd,  söyüş və təhqir dolu şərhlər, çıxışların təşkili ilə bağlı Azərbaycan hakimiyyətinin və şəxsən onun adının hallandırılması cəhdləri təəssüf doğurur.

 

“İstər şəxsi həyatımda, istərsə də siyasi fəaliyyətimdə qeyri-etik davranışı yolverilməz hesab etmişəm və milli mənəvi-əxlaqi dəyərlərə zidd leksikondan daim uzaq olmuşam. Sosial mediada və KİV-dəki açıqlama və müraciətlərimdə də siyasi polemika zamanı hamını bu tipli davranışdan çəkinməyə çağırmışam, belə cəhdləri isə tərbiyəsizlik və acizlik əlaməti kimi qiymətləndirmişəm. Mənim bu tövsiyə və müraciətimə məhəl qoymayan və küçə leksikonundan istifadəni davam  edən ayrı-ayrı sosial şəbəkə istifadəçilərini Azərbaycan hakimiyyəti və şəxsən mənimlə əlaqələndirmək böhtan və iftiradan başqa bir şey deyil. Birmənalı şəkildə bəyan edirəm ki, ayrı-ayrı şəxslərin öz tərbiyəsinə uyğun açıqlama və çıxışlarının guya mərkəzləşmiş şəkildə mənim tərəfimdən təşkil olunması, “rəhbərlik etdiyim”  hansısa  “troll”  və digər uydurma “qruplar”a ayrı-ayrı şəxsləri təhqir etmək tapşırığı verilməsi haqda iftiralar məqsədyönlü şəkildə Azərbaycan hakimiyyətini və şəxsən məni ləkələmək məqsədi daşıyır. Prezidentin köməkçisi və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri kimi nə mən, nə də tabeçiliyimdə olan strukturlarda çalışan insanlar bu cür əməl sahibi olmamışıq və deyilik. Kimlərinsə öz təşəbbüsü və səviyyəsinə uyğun şəkildə yaydığı təhqir və söyüşlərin mənimlə əlaqələndirilməsi cəhdini birmənalı şəkildə təxribat hesab edirəm!”.

 

Ə. Həsənov daha sonra bildirib:

 

“Yox əgər bu iddianı irəli sürənlər məni söyüş kampaniyasına qarşı ictimai müqavimətin təşkil olunmasına görə hədəfə götürürlərsə, onda onu da bilməlidirlər ki, hakimiyyət nümayəndəsi kimi bu, bilavasitə mənim vəzifə səlahiyyətlərimə aid məsələdir. “Söyüş kampaniyasını” təşkil edənlər ciddi ictimai qınaqla qarşılaşdıqlarına və bütün cəhdlərinin iflasa uğradığını anladıqlarına görə, indi məsuliyyəti öz üzərlərindən atmağa və kənarda günahkar axtarmağa çalışırlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İxtisas seçimi bu gün başa çatır

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq