BSU-nun 3 tələbəsinin təhsil xərcləri Gənclər Fondu tərəfindən ödəniləcək

11:32 08-10-2019 | icon 51 | Təhsil
BSU-nun 3 tələbəsinin təhsil xərcləri Gənclər Fondu tərəfindən ödəniləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2018-ci il tarixli 1871 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsinin 3.1.9-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi həyata keçirilib.

 

BSU-nun Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, Keçirilmiş müsabiqə nəticəsində Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbəsi Aysel Məmmədovanın, Tərcümə fakültəsinin “Azərbaycan-rus dilləri tərcüməsi” ixtisasının tələbələri Ülkər Ağayevanın və Səbinə Qədirovanın təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması barədə qərar qəbul edilib.

 

BSU-nun müsabiqənin qalibi olmuş tələbələri bildiriblər ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması, yüksək intellekt səviyyəsinə, sağlam və müasir düşüncəyə malik, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər gəncliyin yetişdirilməsi, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Tələbə-gənclər təhsilin inkişafına və gənclərə göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin göstərilən xüsusi diqqət və qayğıya görə Təhsil naziri cənab Ceyhun Bayramova və BSU-nun rektoru, professor Nurlana Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Youtube”un CEO-su Fuada məktub göndərdi

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

“...İqtidar da fərqində olmalıdır, seçkiyə getməmək qərarını verənlər də” - MÜSAHİBƏ

Ailə bugün dünənki formatla yürüməz

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Evi sökülən cərrah PREZİDENTƏ MÜRACİƏT etdi

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

Döyüş xatirələrində yaşanan həqiqətlər

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

"İslahatlar prosesinin sürətlənəcəyindən xəbər verilir"

Həkim-cərrah DTX-ya və Ali Məhkəmənin sədrinə müraciət etdi

İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol