"Sehrli xalat"-ın Eldarı 68 yaşında

14:09 08-10-2019 | icon 85 | Mədəniyyət
"Sehrli xalat"-ın Eldarı 68 yaşında

"Sehrli xalat" filminin Eldarının illər sonra fotosu yayılıb.

 

Versus.Az xəbər verir ki, fotonu Azərbaycan kinolarının bilicisi Mahir Məmmədov sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, "Sehrli xalat" filmi 1964-cü ildə Əlisəttar Atakişiyevin rejissorluğu ilə çəkilib.

 

Görkəmli kino işçisi, ssenarist Yusif Mansur oğlu Şeyxov isə 1951-ci il fevralın 2-də Bakıda anadan olub. 1970 - 75-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Sonralar Dövlət Kinematoqrafiya Komitəsində, "Azərprokat", "Azərkinovideo" İB, Mədəniyyət Nazirliyində məsul vəzifələrdə çalışıb.

 

"Qobustan", "Portret", "Tokay Məmmədov, "Dua" və s. sənədli, "Qızıl", "İt sərgisi" cizgi, eləcə də "Arxada qalmış gələcək" bədii filminin ssenari müəllifidir.

 

"Mozalan" satirik kinojurnalı üçün süjetlər yazıb. Milli kino sahəsində uzunmüddətli səmərəli xidmətinə görə, Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş Yusif Şeyxov Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edir.

 

Hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiridir. /ölkə.az/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

İran Britaniyaya nota verib

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO