“İl Tabarro” operasını almaniyalı dirijor idarə edəcək

08:35 09-10-2019 | icon 53 | Mədəniyyət
“İl Tabarro” operasını almaniyalı dirijor idarə edəcək

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən populyar əsərlərindən biri “İl Tabarro” operasının tamaşası keçiriləcək.

 

İlk quruluşu 1918-ci il dekabrın 14-də Nyu-Yorkun Metropoliten-Opera teatrında baş tutan tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2014-cü ildə almaniyalı rejissor Lüdviq Baumanın təfsirində səhnəyə qoyulub. Tamaşanın musiqi rəhbəri və dirijoru isə Korneliya fon Kerssenbrokdur. Həmin vaxtdan Teatrın repertuarında möhkəm yer tutan "İl-Tabarro" operası gözəl səhnə tərtibatı və kostyumları ilə də tamaşaçılarda böyük maraq doğurur.

 

Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi oktyabrın 19-da baş tutacaq tamaşanı idarə etmək üçün yenidən Korneliya fon Kerssenbroku dəvət etmişdir. Qeyd edək ki, almaniyalı dirijor uzun illərdir ki, Teatrımızla sıx əməkdaşlıq edir və vaxtaşırı Teatrın simfonik orkestrini bədii rəhbəri və baş dirijoru olduğu Qut-İmmlinq Opera sənəti festivalına dəvət edir.

 

Oktyabrın 19-da keçiriləcək tamaşada əsas rollarda Əməkdar artistlər Afaq Abbasova (Jorjetta), Fərid Əliyev (Luidji), Cahangir Qurbanov (Mikele), Əliəhməd İbrahimov (Tinka), Tural Ağasıyev (Vintitore), solistlər Nina Makarova (Frudjola), Tələt Hüseynov (Talpa) çıxış edəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

İran Britaniyaya nota verib

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO