BAXCP-nin V Qurultayı

20:37 08-04-2018 | icon 312 | Siyasət
BAXCP-nin V Qurultayı

 

 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) V Qurultayı keçirilib. Qurultayda BAXCP sədri görülən işlər, qarşıda duran vəzifələr barədə hesabat xarakterli çıxış edib.

 

Versus.az-ın məlumatına görə, partiya sədri BAXCP-nin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etdiyini qeyd edib. O, əlavə edib ki, partiyanın qarşısında duran məqsəd demokratiyanın dərinləşməsi, ölkədə çoxpartiyalı sistemin möhkəmlənməsinə dəstək verməkdir:

 


“Azərbaycan Şərq və müsəlman ölkəsidir. Bizdə demokratik ənənələrin yaranması üçün parlamentli respublika ən yaxşı modeldir. Azərbaycanda bu modelə keçmək lazımdır. Biz bu məsələni qaldıranda Gürcüstan və Ermənistanda həmin modelə keçməklə bağlı müzakirələr yox idi. Lakin Gürcüstan artıq bu modeli seçib. Ermənistan da yaxın günlərdə bu sistemə keçəcək”.


Partiya sədri əlavə edib ki, BAXCP ölkədə proporsional seçki sistemi yaradılmasının tərəfdarıdır. O, bu sistemin yaradılacağı təqdirdə seçicilər fərdlərə deyil, partiyalara və ideyalara səs verəcəyini deyib:


“Biz bu seçki sisteminin bərpa edilməsini istəyirik və bu istiqamətdə iş aparırıq”.

 


Sonra Ali Məclisin sədri Vaqif Abışov və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli qurultaylararası dövr üçün hesabatlarını qurultay nümayəndələrinin diqqətində çatdırıblar.


Hesabat məruzələrindən sonra qurultay nümayəndələri çıxış edərək BAXCP sədri Qüdrət Həsənquliyevin, Ali Məclis və MNTK sədrlərinin hesabatlarını qənaətbəxş hesab etdiklərini bildiriblər. Çıxış edənlər BAXCP sədrliyinə yenidən Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüblər. 
Qurultayın gündəliyinə uyğun olaraq hesabat məruzələri səsə qoyulub və qənaətbəxş hesab edilib.


Daha sonra BAXCP sədrliyinə namizədlərin irəli sürülməsinə başlanılıb. Çıxış edənlər BAXCP sədrliyinə yenidən Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüblər. Səsvermə nəticəsində Qüdrət Həsənquliyev yenidən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilib.


Qüdrət Həsənquliyev qurultay nümayəndələrinə təşəkkür edərək qarşıdakı dövrdə ona göstərilən etimadı doğruldacağını, partiyanın gücləndirilməsi, nüfuzunun möhkəmləndirilməsi istiqamətində çalışacağını bildirib.

 

Qurultayda rayon və şəhər təşkilatlarının hesabat-seçki yığıncaqlarında seçilmiş Ali Məclis üzvlərinin səlahiyyətləri təsdiq olunub, Mərkəzi Nəzarət-Təftiş Komissiyasi yenidən formalaşdırılıb, Qurultay nümayəndələri adından Azərbaycan xalqına müraciət qəbul olunub. 


Beləliklə, BAXCP-nin V Qurultayı öz işini başa vurub.
Qurultaydan sonra BAXCP Ali Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. Nizamnaməyə əsasən Ali Məclisə BAXCP sədrinin təqdimatı ilə Məclis üzvlərinin sayının 1/3-i qədər yeni üzvlər seçilib.
Vaqif Abışov Ali Məclisin sədri, Faiq İsmayılov və Bəhruz Cabbarlı sədr müavinləri, Yeganə Dilbazi Ali Məclisin katibi seçiliblər.


Ali Məclisin iclasında BAXCP İdarə Heyətinin yeni tərkibi də formalaşdırılıb. BAXCP sədrinin təqdimatına əsasən Yaşar Kələntərlinin baş katib postuna təyinatı təsdiqlənib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qafqaz üçlüyü”nə VS yanaşma

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

rüstəm ibrahimbəyovun stpir-plastikası

"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Ali məktəblər kollec təhsili də verə biləcəklər

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“eManat” pulun qalığını qaytaracaq

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib