"“Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq"

12:23 09-10-2019 | icon 61 | Siyasət
"“Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq"

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov “Qarabağ Azərbaycandır!” Hərəkatının yaradılmasını təklif edib.

 

Versus.Az xəbər verir ki, Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Soçi şəhərində “Valday” beynəlxalq diskussiya klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır!” mesajı gündəmin əsaslı surətdə dəyişdirilməsinə gətirib çıxarıb.

 

Ə.Əhmədovun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan bu günə qədər heç zaman səngiməyən vətənpərvərlik əhval-ruhiyyəsi son illərin ən yüksək pilləsinə yüksəlib:

“Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın münaqişəni ədalətli şəkildə nizamlamaq, torpaqlarımızı qeyd-şərtsiz geri qaytarmaq əzminə və qabiliyyətinə inam qat-qat artıb. Əslində Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışı indiki dövrün milli ideyası statusunu qazanmaqdadır. Yüz minlərlə vətəndaşın bu çağırışa səs verərək onun ətrafında toplanması aydın şəkildə müşahidə olunur. Çox keçmədən bu sırada olanların sayının milyonlara çatacağına şübhə etmirəm. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, topraqlarımızın işğaldan azad edilməsi ölkənin vətəndaşlarını birləşdirən başlıca dəyərlərdən biridir. Milli birlik və vətəndaş həmrəyliyi əhəmiyyətli dərəcədə onun əsasında formalaşıb. Prezident İlham Əliyev Valday beynəlxalq toplantısında “Qarabağ Azərbaycandır!” çağırışını səsləndirməklə qeyd olunan dəyərin milli statusunu daha da yüksəltmiş oldu. İndi biz onu tam qətiyyətlə milli ideya kimi səciyyələndirə bilərik. Yəqin ki bu ən doğru addım və dəyərləndirmə olar. Xüsusi vurğulanmağa ehtiyacı olan məqam “Qarabağ Azərbaycandır!” mesajı, əgər belə demək mümkündürsə, beynəlxalq auditoriyaya, dünya ictimaiyyətinə və təşkilatlarına ünvanlanmışdır. Nə məlum münaqişə, nə onun hələlik aradan qaldırılmamış nəticələri, nə də nizamasalma prosesi Qarabağın mənsubiyyətini dəyişdirmir, dəyişdirə bilməz və dəyişdirməyəcək – Prezidentin bütün dünyaya çatdırdığı mesajın mahiyyəti məhz bundan ibarətdir. İlham Əliyevin bir çox dövlət başçılarının, çoxsaylı beynəlxalq siyasi ekspertlərinin və mətbuat nümayəndələrinin qarşısında cəsarət və qətiyyət nümunəsi sayıla biləcək çıxışının arxasında möhtəşəm gücün dayandığı heç kimdə şübhə yaratmır. Bu güc hər şeydən əvvəl xalqın iradəsi, Azərbaycanın silahlı qüvvələrinin döyüş qabiliyyəti, nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad etmək əzmidir. Bu güc eyni zamanda beynəlxalq hüquqa, onun ədalətli mahiyyətinə inamdan irəli gəlir. Mətbuatdan göründüyü kimi, Prezident İlham Əliyevin mesajı bütün lazımi ünvanlara lazımi səviyyədə çatıb. Onu ilk növbədə və əsas etibarilə Ermənistanda eşidiblər və yəqin ki, gərəkli nəticə çıxarıblar”.

 

Ə.Əhmədov qeyd edib ki, “Qarabağ Azərbaycandır!” çağırışı milli ruhu və iradəni inanılmaz dərəcədə yüksəldə bilib:

“Onun birləşdirici xarakterinin və gücünün davamlı olacağı, ümummilli mahiyyət kəsb edəcəyi şəksizdir. Gözlərimizin önündə yeni bir hərəkat yaranır, “Qarabağ Azərbaycandır!” hərəkatı. Hər bir azərbaycanlının, hər bir vətənpərvərin yeri bu hərəkatdadır. İnanıram ki, bu hərəkat əzəmətli bir selə bənzəyəcək, bütün Azərbaycan xalqını əhatə edəcək. Hər yerdə, kəndlərdə, şəhərlərdə, təşkilatlarda böyüklü-kiçikli hamı “Qarabağ Azərbaycandır!” deyəcək. Xalq öz birliyini, həmrəyliyini yenə də daha əzmlə, daha qətiyyətlə göstərəcək, daha uca səslə bəyan edəcək. Və bu birliyi pozmağa çalışanlara layiqli cavab verəcək. Təxribat törətmək, sabitliyi pozmaq, ara qarışdırmaq niyyəti ilə küçələrə çıxıb yersiz çağırışlar edənlərin xalqdan və onun ideyalarından nə qədər uzaq düşdüyü bu günlərdə daha qabarıq görünür. Sanki onlar bu ölkənin vətəndaşı, bu millətin övladları deyil. Açığı belə bir mənzərəni görmək və duymaq həm təəssüfləndirici, həm də utandırıcıdır.

Təsəlli verən odur ki, xalqdan ayrı düşüb fərqli, eyni zamanda zərərli maraqların daşıyıcısı olanların sayı çox deyil. Mən hər bir azərbaycanlını “Qarabağ Azərbaycandır!” hərəkatının fəal iştirakçısı olmağa səsləyirəm. Gəlin bir cəsarətli çağırışı ilə dünyaya səs salan, milli ruhu yüksəldən, milli birliyimizi və vətəndaş həmrəyliyini daha da gücləndirən Prezident İlham Əliyevin ətrafında sıx birləşək. Qüdrətli, möhtəşəm “Qarabağ Azərbaycandır!” hərəkatı yaradaq, xalqımızın iradəsini, əzmini və qətiyyətini düşmənə nümayiş etdirək. Beynəlxalq birlik, ilk növbədə BMT, ATƏT-in Minsk qrupu, onun həmsədri olan vasitəçilər danışıqlar prosesində böyük müdriklik, təmkin, eyni zamanda qəti və sarsılmaz mövqe nümayiş etdirən Prezident İlham Əliyevin arxasında möhtəşəm xalq iradəsinin və hərəkatının dayandığına əmin olsun. Dövlətə, millətə sədaqətin, Qarabağ münaqişəsinin ədalətli həllinə dəstəyin ən mühüm ifadəsini mən bunda görürəm”.

 

Versus.Az

Xəbər lenti

"Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar..."

"Təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar"

Xaricdə oxuyanlar vətənə dönüb Azərbaycanın təhsilinə öz töhfələrini verməlidirlər

Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub

Virtual Reallıq dərsləri başlayır

"Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH

"Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb

Azərbaycanda 7 qadından biri bu hüquqdan istifadə edir

BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

ALDP SƏDRİ: Ceyhun müəllim, baxın və ölçü götürün - VİDEO

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

"“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir"

Yeni kukla teatrı açılıb

Ermənilər atəşkəsi 21 dəfə pozdu

Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Parlament binası qarşısında aksiya başlayıb

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

“İki çay arasında cənnət” adlı kitab çap olunub

Müsavatın "mühacir oyunu" ifşa edildi

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi

Sifilis necə yaranır?

"Qayğı" Sosial İnkşaf Mərkəzinin rəhbəri "Nur" uşaq evində olub

Əgər Cəmil Həsənli bu anonsu veribsə, demək ki, Əli Kərimlidən gəlib əmr"