Başınıza daş düşəndə də Əli Həsənovdan bilin

23:56 08-04-2018 | icon 294 | Kürsü
Başınıza daş düşəndə də Əli Həsənovdan bilin

 

NAHİD CANBAXIŞLI

/veteninfo.az-ın baş redaktoru/

 

Ölkəmizdə bir neçə gün sonra ən önəmli siyasi hadisə baş vercək və Azərbaycan xalqı 11 apreldə seçkilərə gedərək ölkənin yeni prezidentin seçəcək. Aparılan sorğularda ortaya çıxan nəticə ölkənin hazrıkı prezidenti və Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin seçkinin qalibi olaraq göstərməkdədir. Bu da məkirli gücləri ciddi şəkildə narahat etməyə başlayıb. Elə bu səbəbdən də keçiriləcək seçkilərə kölgə salmaq üçün sosial şəbəkələrdə trolları vasitəsilə şər-böhtan kompaniyasına start verilib.

 

Son bir neçə aydır Avropada mövcud olan müxtəlif xüsusi xidmət orqanlarının trolları eyni mərkəzdən idarə edilərək, onlara verilən təlimat üzərinə qaralama, şər və böhtan, söyüş yağdırmaqla məşğuldurlar. Hədəfdə isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailəsi, bunun ardından isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ictimai-siyasi şöbənin rəhbəri, professor Əli Həsənov və ailəsi hədəfə götürüldü. Prezidentin köməkçisin hədəfə alınmasının səbəbi isə cənab Həsənovun bu trollara şər qüvvələrin maraqlarına xidmət etməmələri ilə bağlı çağrışı oldu. Ölkəmizə qarşı müxtəlif siyasi mətbəxtlərdə hazırlanan oyunlar və bu oyunlar çərçivəsində sosial şəbəkələr vasitəsilə ediləcək hücumlar, hələ ötən ilin ortalarından öz siqnalını verməkdə idi. Hətta bu tip "Qara piar” kompaniyasının aparılacağı ilə bağlı Avropadakı trollar bilərəkdən və yaxud da bilməyərəkdən sosial şəbəkələrdə paylaşdıqları statuslarında üstüörtülü şəkildə eyham vururdular. O dövürdə də əsas hədəf Əli Həsənov göstərilsə də, bunun belə bir məcaraya, yəni söyüş və təhqir müstəvisinə çıxarılacağı gözlənilmirdi.

 

Azərbaycandakı seçkiləri, bütövlükdə ictimai-siyasi sabitliyi pozmağa yönəlik Qərbin və Rusiyanın maraqlı dairələri Azərbaycanın daxilindəki və xaricindəki trolların təlimatlandıran zaman əsas hədəfə Əli Həsənovu qoymaq tapşırıqlarının arxasında cənab Həsənovun rəhbərlik etdiyi sahənin bu tip provakasiyalarla ehtibarsızlaşdırmaq dayanırdı. Amma ölkə daxilindəki sağlam qüvvələr və siyasi sabitliyin tərəfdarı olan kəsim bu mərkəzlərin planalarına qarşı birlik nümaiş etdirdilər. Tural-Vidadi-Orduxan-Məhəmməd dördlüyü ilə yola çıxan bu mərkəzlər əsasən söyüş və təhqir hərəkatına başlasalar da, ölkə daxilindəki trolları ilə isə mitinqlər vasitəsi ilə ikinci bir dalğaya star verdilər. Bunun ardınca okenanın o tayında oturan Sevinc Osmanqızı ilə isə ölkə rəhbərliyinə qarşı müxtəlif tipli proqramlar yaymaqla Azərbaycan dövlətinə və dövlətin rəhbərinə qarşı yeni bir cəbhə açmağa üstünlük verildi. Bu qüvvələr istənilən şəkildə Azərbaycan dövlətinə və ölkənin rəhbərliyinə qarşı bütün ağılasığmaz metodlardan istifadə edərək hücuma keçsələr də, ölkə daxilindəki birlik, cəmiyyətimizin baş verənlərə soyuqqanlı yanaşması hətta bu mərkəzlərin trollarına çevirilənləri belə məyus edib. Elə bu səbəbdəndir ki, özlərinin gələcək statuslarını bəribaşdan sığortalamaq üçün sosial şəbəkələrdə saxta profillər yaradaraq, özlərinin paylaşdıqları statusların altına bu saxta profillərdən söyüş-təqir dolu rəylər yazmaqdadırlar. Bundan başqa Əli Kərimli və dəstəsi də sosial şəbəkələrdəki saxta profilləri ilə onlara dəstək verməkdədirlər.

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ictimai-siyasi şöbənin rəhbəri, professor Əli Həsənov günün istənilən saatında iqtidara müxalif olan-olmayan ölkə daxilindəki KİV-i ilə yanaşı, Azərbaycanda təmsilçiliyi olan bütün xarici KİV-ə çıxma imkanı var və səsləndirəcəyi istənilən bir açıqlama bu KİV-lər vasitəsilə manşet xəbəri olaraq yayınlana bildiyi halda, nəyə görə sosial şəbəkələrdə saxta profillərlə kimlərin vasitəsi ilə bu trollara cavab versin? Bu qüvvələr anlamırlar ki, Azərbaycanda saxta profillərdən istifadə ənənəsini "Yurd”un başını çəkən Əli Kərimli və dəstəsi qoyub. Sevinc Osmanqızı paylaşdığı videoların altına Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və onların ətrafının bu tip söyüş və təhqir dolu rəylər yazmadıqların subut edə bilərmi?

 

Mən iddia edirəm ki, Sevinc Osmanqızının paylaşdığı videoların altına yazılan o söyüş dolu rəyləri Əli Kərimlinin dəstəsi saxta profillərdən istifadə edərək yazırlar və bu da Sevinc Osmanqızını o hazırlayıb yaydığı videoların ruh verənlərinə dəstək məqsədi daşıyır.

 

Bu gün Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı müxalif olan istənilən birinin başına göydən daş düşsə, bunun Əli Həsənovla əlaqələndirilməsi məhz yuxarıda qeyd etdiyim kimi, cənab Əli Həsənovun rəhbərlik etdiyi sahənin ümumi işini iflic etməyə yönəlib. Əgər düşünürlərsə ki, bu sahə bu tip qaralama kompaniyaları ilə zəyifləyəcək, çox böyük səhvə yol verirlər. Sevinc Osmanqızı da anlamalı və dərk etməlidir ki, Əli Həsənov onun xidmət etdiyi adamlardan deyil və cənab Həsənov Azərbaycan dövlətinin yetişdirdiyi, dövlətinə və ona həvalə edilən sahəyə bir dövlət adamı olaraq şərəflə xidmət edən dövlət adamıdır. Dövlət adamı isə heç bir zaman Sevinc Osmanqızının iddia etdiyi ucuz və əhəmiyyətsiz işlərdlə deyil, əksinə, dövlətin və millətin maraqlarına xidmət etməyi daha üstün tutur. Bu səbəbdən də başınıza hardansa daş düşürsə, yaxud da atılırsa, bunu Əli Həsənovdan bilməyin. Bəlkə elə bu daşı atan siz özünüzsünüz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir