Hava proqnozu üçün Azərbaycanda yeni sistemlər quraşdırılır

18:55 09-10-2019 | icon 43 | Gündəm
Hava proqnozu üçün Azərbaycanda yeni sistemlər quraşdırılır

Azərbaycanda ən yeni hava müşahidə sistemlərinin quraşdırılması işlərinə başlanılır.

 

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov bildirib ki, quraşdırılacaq ən müasir hava müşahidə sistemləri olan yeni dopler radar qurğuları ölkənin hidrometeoroloji monitorinq şəbəkəsinin daha da təkmilləşdirilməsinə və ən müasir standartlara uyğunlaşdırılmasına imkan verəcək.

 

Ə.Əsgərov əlavə edib ki, bu yaxınlarda bir qrup əməkdaşları ABŞ-dan alınan dopler radarlarının öyrənilməsi məqsədilə həmin ölkənin Alabama ştatında səfərdə olub. Səfər çərçivəsində Departamentin əməkdaşlarına amerikalı mütəxəssislər tərəfindən müşahidə cihazlarının texniki vəziyyəti, proqram təminatı, vizuallaşma imkanları barədə təlim kursları keçirilib və onlara sertifikatlar təqdim olunub. Növbəti təlimlər amerikalı mütəxəssislər tərəfindən Bakıda və dopler radarlarının qurulacağı rayonlarda keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Ailə bugün dünənki formatla yürüməz

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

“...Hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik”

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

Füzuli Alməmmədovun Soyuqbulaq xatirələrindən

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

İlham Əliyevin Paşinyana endirdiyi növbəti zərbə

ALDP sədri avropalı diplomatla görüşüb

Füzulinin Soyuqbulaq Xatirələrindən 

Tualet kağızı istifadə etmənin zərəri