Qadınlar kişilərdən irəlidədir

10:54 10-10-2019 | icon 77 | Cəmiyyət
Qadınlar kişilərdən irəlidədir

Son illər ərzində Azərbaycanda xarici vətəndaşla ailə həyatı quran qadınların sayı əcnəbi qadınla evlənən kişilərin sayından daha çox olub.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 5 ildə Azərbaycan vətəndaşı olan 6409 qadın xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Həmin müddətdə 6109 Azərbaycan vətəndaşı olan kişi əcnəbi ilə rəsmi nikaha daxil olub.

 

Versus.Az xəbər verir ki, 2014-cü ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanmış nikahların sayı 1635 olduğu halda, 2015-ci ildə bu say 1291, 2016-cı ildə 1148, 2017-ci ildə 1202, 2018-ci ildə 1133 olub. Kişilərə gəldikdə, 2014-cü ildə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahların sayı 1499 olub. Sonrakı illərdə isə bu rəqəm getdikcə azalıb. 2015-ci ildə 1281 nəfər, 2016-cı ildə 1121 nəfər, 2017-ci ildə 1158 nəfər, 2018-ci ildə 1060 nəfər Azərbaycan vətəndaşı olan kişi əcnəbi qadınla ailə qurub.

 

Bu ilin ötən dövrü ərzində də əcnəbi ilə evlənən kişilərin sayı qadınların sayından az olub. 2019-cu ilin yanvar-iyul fevral ayları ərzində 722 nəfər Azərbaycan vətəndaşı olan qadın əcnəbi ilə nikaha daxil olduğu halda, 565 kişi xarici ölkə vətəndaşı olan qadınla ailə həyatı qurub.

 

Azərbaycan vətəndaşı olan qadınlarla nikaha daxil olan xarici ölkə vətəndaşları daha çox Rusiya, Türkiyə və Gürcüstan, Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan xarici ölkə vətəndaşları isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

İran Britaniyaya nota verib

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO