Bu gün bu rayonlarda qaz təchizatı dayandırılacaq

11:38 10-10-2019 | icon 29 | İqtisadiyyat
Bu gün bu rayonlarda qaz təchizatı dayandırılacaq

Oktyabrın 10-da saat 10:00-dan işlər başa çatanadək Samux rayonunun 4 yaşayış məntəqəsinin qaz təminatında fasilələr olacaq.

 

Bu barədə Versus.Az-a "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bu müddət ərzində “Samux Əhali” ölçü qovşağından qidalanan qaz xətlərində texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı işlər icra olunacaq.

 

Oktyabrın 10-da saat 14:00-dan etibarən isə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Asan Həyat” kompleksinin qazanxanasının qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək.

Həmin vaxt Ağcabədi şəhəri, bir neçə kənd və qəsəbədə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Radikal müxalifətin ikinci oktyabr iflası

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

ALDP-dən polis zorakılığına qarşı bəyanat

"Xalq siyasi, iqtisadi, sosial islahatlarda Prezidentə dəstək olmalıdır"