XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

13:32 10-10-2019 | icon 815 | Siyasət
XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

ELMAN NƏSİROV

/deputat, YAP Beynəlxalq
Əlaqələr Komissiyasının katibi,
siyasi elmlər doktoru, professor/

 


Kant ilə Kont arasındakı fərqi bilməyən “filosof”ları “fəlsəfənin bic övladları” adlandırırlar. Bəs onda “mitinq” ilə “piket” arasında bərabərlik işarəsi qoyan siyasətbazlara nə ad verəsən? Yuxarıdakı məntiqə soykənsək, onların da bir adı vardır : “siyasətin bic övladları”.


Bakı Şəhər İcra hakimiyyətinin 8 oktyabr tarixinə razılıq verdiyi piketi xalqdan uzaq düşmüş müxalif qruplaşmaların “rəhbər”lərının mitinqə çevirmək canfəşanlığı onları məhz “siyasətin bic övladları” səviyyəsinə endirmiş oldu. “Drijor”larının qorxaqlıqdan və ya “siyasi eqoizm”dən irəli gələrək “siyasi şou”da birbaşa yer almaslar da “barmaqları” hər yerdə görünürdü. Bu barmaqlar aksiya prosesində qanunların tələblərinə əməl olunmamasında, təhlükəsizlik və ictimai asayişin pozulmasına cəhdlərdə, vətəndaşların dinc yaşayış və istirahət hüququna hörmətsizlikdə, habelə nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törədilməsində öz nadürüst işini görürdü.“Pərdə arxası”ndan boylanaraq siyasi təxribat siqnalı verən radikallaşmış“lider”lər“bəlkə də qaytardılar”sevdası ilə yaşayır, siyasi məqsəd naminə “hər cür təxribatlar məqbuldur” formula ilə hərəkət edirdilər. Siyası vulqarlıq və məsuliyyətsizliyin sözügedən mənzərəsinin ötəri təhlili belə bir sıra ciddi nəticələr çıxarmağa əsas verir.


Birincisi, Azərbaycanda müxalifət siyasi sistemin bir mühüm seqmenti olmaq iradəsinə malik deyildir. Köhnəlmiş və nimdaşdır. Yeni liderlər və yeni yanaşmalar ortaya qoymaq iqtidarında deyildir. Necə deyərlər, yenə həmin Əli Kərimli, yenə həmin “demokratiya aşiqləri”. Ortada isə necə deyərlər, “köhnə hamam, köhnə tas”.


İkincisi, radikal müxalifətin siyasi uğursuzluqlarının fundamental səbəblərini araşdırmaq niyyəti yoxdur. Bəlkə də, var, sadəcə, bu istiqmətdə ciddi təhlil və analizlərin aparılması və onun nəticələri onları “siyasi depressiya”ya sürükləyir. Labirintə salır. İşığın görünmədiyi qaranlıq tunel effekti yaradır. Bu halda“dəvəquşu sindromu”yeganə nicat yolu kimi görünür. Təhlükə sovuşsun deyə başlarını quma soxurlar...O isə sovuşmur, çünki təhlükə radikal müxalifətin öz bətnindədir. Müxalifət daxilən təmizlənməlidir. Yenidən doğulmalıdır. Əqli ninmdaş vucudlardan xilas olmalıdır.


Nəhayət, nə qədər ki, müxalifətin radikal kəsimi praqmatik və real düşüncə tərzinə deyil, hakimiyyət hərisliyi yolunda illüziyalar qapılacaqlar, bu halda xalqın qapısı da üzlərinə bağlı qalacaqdır. Real siyasət isə odur ki, ümummilli məsələlərdə hakimiyyətə müxaliflik etmək olmaz. Xalqın gözü tərəzidir. Bu həqiqəti danmaq olmaz. Xalqımız görür ki, Prezident İlham Əliyev ən mühüm ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son dərəcə prinsipiallıq və qətiyyət göstərir. Sonuncu dəfə bu davranışı Soçidə “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında nümayiş etdirdi. Münaqişənin tarixi, Ermənistanın işğalçılıq siyasətinin humanitar fəlakət törətməsi, beynəlxalq hüququn işləməməsi, BMT TŞ-ının müvafiq qətnamələrinin kağız səviyyəsinə enməsi, təcavüzkar dövlətin yeni rəhbərliynin populist və məsuliyyətsiz bəyanatlar səsləndirməsi kmi həqiqətləri lazımi məqamda və yerdə dünya ictimaiyyətinə çatdırdı. Çıxışının sonunda isə Paşinyanın dar çərçivədə söylədiyi və daxili auditoriyaya ünvanlanmış “ Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sayıqlamasına qarşı “ Dağlıq Qarabağ Azərbaycandır Nida işarəsi “ hökmünü irəli sürdü. Cənab Prezidentin bu qətiyyətli mövqeyi Azərbaycanda böyük coşqu və ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu ümuxalq ruhunun məntiqi nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov “ Dağlıq Qarabağ Azərbaycandır! “ Iİctimai Hərəkatının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Bu təşəbbüs cəmiyyətimiz daxilində, xüsusilə gənclər arasında böyük rezonans doğurmuşdur. Ermənistan isə matəm içindədir. Paşinyanın ən qatı silahdaşları belə onu boyük diplomatik məğlubiyyətdə qınayır, Azərbaycan Prezidentinin böyük uğurunu etiraf edirlər. Yaranan yeni reallıqda Ermənistanda da “Valday” məğlubiyyətindən irəli gələrək bir ictimai hərəkat formalaşmağa başlamışdır. Bu hərəkat “Dağlıq Qarabağ Ermənistandır” adlanmır. Onu adı “ Paşinyandan xilas hərəkatı”dır.


Azərbaycan müxalifəti yenə sevinmir. Qəmə batıb. Revanşist düşüncələr girdabında boğulmaqdadır. Çarəni nəticəsinə özlərinin də inanmadıqları növbəti piket və mitinqlərdə axtarırlar. Xalq arxasında dayandığı öz Prezidentinin “Dağlıq Qarabağ Azərbaycandır.Nida işarəsi" siyası ideyası ətrafında birləşib, milli birlik və həmrəylik nümayiş etdirir, müxalifət isə “hakimiyyət sevdası” ilə alışıb-yanır.


Fərq göz qabağındadır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsəllələr üzrə koməkçisi-şöbə müdiri, professor Əli Həsənovun Azərbaycan Televiziyasına verdiyi geniş müsahibədə səsləndirdiyi mühüm tezislər haqqında bəhs etdiyimiz məsələlərə tam aydınlıq gətirir : “Prezident İlham Əliyev bu gün Azərbaycan xalqının qürur mənbələrindən biridir. Azərbaycan xalqı tərəfindən baykot edilən müxalifət bu həqiqəti qəbul etsə də belədir, etməsə də. Prezident İlham Əliyevin siyasətinin təməlində insan durur, vətəndaş durur, Azərbaycan xalqının maddi və mənəvi maraqları durur. Xarici siyasətinin də təməlində o dayanır. Belə liderə qalib gəlmək belə müxalifətə nəsib olmayıb və olmayacaq.” Zənnnimizcə, hörmətli Əli Həsənovun bu fikirlərini sübuta ehtiyacı olmayan bir aksiom tələbi kimi qəbul etmək olar.

Xəbər lenti

"Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar..."

"Təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar"

Xaricdə oxuyanlar vətənə dönüb Azərbaycanın təhsilinə öz töhfələrini verməlidirlər

Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub

Virtual Reallıq dərsləri başlayır

"Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH

"Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb

Azərbaycanda 7 qadından biri bu hüquqdan istifadə edir

BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

ALDP SƏDRİ: Ceyhun müəllim, baxın və ölçü götürün - VİDEO

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

"“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir"

Yeni kukla teatrı açılıb

Ermənilər atəşkəsi 21 dəfə pozdu

Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Parlament binası qarşısında aksiya başlayıb

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

“İki çay arasında cənnət” adlı kitab çap olunub

Müsavatın "mühacir oyunu" ifşa edildi

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi

Sifilis necə yaranır?

"Qayğı" Sosial İnkşaf Mərkəzinin rəhbəri "Nur" uşaq evində olub

Əgər Cəmil Həsənli bu anonsu veribsə, demək ki, Əli Kərimlidən gəlib əmr"