"Cəzaçəkmə müəssisələrində seçki prosesini izləmək üçün işlər aparılır"

14:44 11-10-2019 | icon 25 | Gündəm
"Cəzaçəkmə müəssisələrində seçki prosesini izləmək üçün işlər aparılır"

Qarşıdan gələn bələdiyyə seçkilərində penitensiar müəssisələrdə saxlanılan 20 mindən çox şəxsin səs verəcəyi gözlənilir.

 

Versus.Az xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Azər Cəfərov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

 

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətində qanunlara riayət olunmasına ciddi nəzarət edir və inzibati nəzarət səmərəsini verməkdədir:

"Biz çalışmalıyıq ki, bələdiyyələrdə ən layiqli namizədlər təmsil olunsunlar".

 

A.Cəfərov bildirib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin seçki hüququnun təmin edilməsi vacib məsələlərdəndir:

"Artıq 24 ildir ki, məhkumların seçki hüququnun təmin edilməsi üçün Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq edirik. Artıq penitensiar müəssisələrdə saxlanılanlar arasında bir seçki mədəniyyəti formalaşıb. Cəzaçəkmə müəssisələrində seçki prosesini izləmək üçün işlər aparılır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Ailə bugün dünənki formatla yürüməz

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

“...Hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik”

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

Füzuli Alməmmədovun Soyuqbulaq xatirələrindən

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

İlham Əliyevin Paşinyana endirdiyi növbəti zərbə

ALDP sədri avropalı diplomatla görüşüb

Füzulinin Soyuqbulaq Xatirələrindən 

Tualet kağızı istifadə etmənin zərəri