Avtomobilin vurub öldürdüyü bu piyadanı kim tanıyır?

14:56 11-10-2019 | icon 75 | Hadisə
Avtomobilin vurub öldürdüyü bu piyadanı kim tanıyır?

Göygöldə avtomobilin vurub öldürdüyü piyadanın kimliyi dəqiqləşdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Versus.Az-a verilən məlumata görə, oktyabrın 10-da axşam saatlarında Göygöl rayonunun Yeni Qızılca kənd ərazisində “BMW” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb.

 

Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 50-60 arası, boyu 163 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladır. Əynində qara kostyum, boz köynək və qara şalvar olub.

 

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə və (022) 205-22-79; (055) 545-11-02 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

İran Britaniyaya nota verib

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO