"Ermənistanla münaqişə bütün platformalarda - hərbi, diplomatik və sosial media üzərindən davam edir"


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə Azərbaycan Gənclər Fondunun Dağlıq Qarabağ bölgəsindən olan gənclərlə görüşü keçirildi.
Versus.Az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev icmanın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında iştirakçılara ətraflı məlumat verdi. İcma sədri bildirdi ki, bu gün Ermənistanla münaqişə bütün platformalarda, hərbi, diplomatik və sosial media üzərindən davam edir.
Gənclərimizi sosial media sahəsində aktiv olmağa çağıran icma rəhbəri ermənilərlə informasıya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi.
Tural Gəncəliyev bəyan etdi ki, Azərbaycan həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çatdırılması üçün bu gün geniş imkanlar mövcuddur və gənclərimiz bu imkanlardan istifadə etməlidirlər.
Azərbaycan Gənclər Fondunun icracı drektoru Fərid Cəfərov isə fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, qrant müsabiqələr haqqında məlumat verdi. Fond rəhbəri Dağlıq Qarabağ bölgəsindən olan gəncləri əməkdaşlığa dəvət etdi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyətinin üzvü, millət vəkili Flora Qasımova da gəncləri erməni yalanlarına qarşı aktiv olmağa çağırdı.
Versus.Az

Xəbər lenti

“Qızıl qlobus” namizədlərin adı açıqlandı
Hamı heyrətləndi
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
Avropa Liqasında qrup mərhələsi başa çatıb
Sabirabad sakini avtomobillə yeznəsini vurub
Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub - FOTO - VİDEO
Bunun üçün “Qarabağ”a qələbə vacib idi
Azərbaycan-Rusiya sərhədində körpünün açılış tarixi məlum olub
“Qarabağ”ın büdcəsi daha da zənginləşib
ABŞ Senatının qondarma "erməni soyqırımı" barədə qətnaməsi qınanılıb
ABŞ yerüstü ballistik raketini sınaqdan keçirib
“Master və Marqarita” ABŞ-da ekranlaşdırılacaq
"Hər yeni doğulan 4000 uşaqdan birində böyümə hormonu problemi yaşanır"
Bu partiya da növbədənkənar parlament seçkilərində iştirak edəcək
“İclas zalında baş verənlər təxribat ola bilər”
"Orta məktəblərdə əlavə 800 psixoloqa ehtiyac var"
İrəli
