““Qarabağ Azərbaycanındır” hərəkatının yaranması təklifi təqdirəlayiqdir” - VİDEO

00:23 12-10-2019 | icon 43 | Siyasət
““Qarabağ Azərbaycanındır” hərəkatının yaranması təklifi təqdirəlayiqdir” - VİDEO

Fuad Əliyev: “İşğalda olan torpaqların azad olunması üçün antiterror əməliyyatlarına başlanması daha düzgün olar”

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Versus.Az İnformasiya Agentliyinə müsahibəsi

 

- Fuad bəy, bu günlərdə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Prezidentin Soçi görüşündən sonra Azərbaycanda milli ruhun yüksəldiyini bildirib. Əli Əhmədovun “Gözlərimizin önündə yeni bir Hərəkat yaranıb - “Qarabağ Azərbaycanındır” hərəkatı. Hər bir azərbaycanlının, hər bir vətənpərvərin yeri bu hərəkatdadır. İnanıram ki, bu hərəkat əzəmətli bir selə çevriləcək, bütün Azərbaycanı əhatə edəcək” -deyə, səsləndirdiyi fikirlər cəmiyyətdə maraqla izlənir. İstərdim bu çıxışla bağlı siz də öz fikirlərinizi bildirəsiniz.

 

- “Qarabağ Azərbaycanındır” adlı hərəkatın yaranması təklifi təqdirəlayiq bir addımdır. Hesab edirəm ki, bu addımı 25 il bundan qabaq atmaq lazım idi. Bu barədə dəfələrlə bildirmişəm. Amma burda başqa bir məsələ var. Hərəkat yaranıb ora üzvlər qəbul olunandan sonra hansı addımlar atılacaq. Qarabağın adı ilə hərəkatın yaranmasını başa düşmək olar. Amma bu hərəkatın yaranmasının torpaqların işğaldan azad olunmasına nə dərəcədə bir köməyi olacaq? İşğalda olan torpaqların Azad olunması üçün antiterror əməliyyatlarına başlanması daha düzgün olardı.

 

- BAP sədri, Elşad Musayev Hürriyyət.Tv-yə müsahibəsində bildirib ki, o, ilk günlərdə Azərbaycan Xalq Hərəkatında olub. Sonradan neqativləri və hətta söyüşün olduğunu görərək Hərkatdan ayrılıb. Belə iddia edir ki, Azərbaycan Xalq Hərəkatını idarə edə bilmədilər. Elşad Musayev bu kimi səbəblərdən bu hərəkatın perspektivini görmür. Belə bir fikirlə çıxış edən dostunuz Elşad bəyin fikri ilə nə dərəcədə razılaşmaq olar?

 

- Elşad bəyin fikirlərinə hörmətlə yanaşıram. Vaxtilə AXH-nin yaranmasında bizlərlə birlikdə böyük bir əməyi olub. Sözsüz ki, onun Azərbaycan Xalq Hərəkatından ayrılması dövründə neqativ hallar baş vermişdi. O, öz mövqeyini açıq şəkildə bildirərək normal şəkildə ayrıldı və biz bir-birimizə uğurlar arzuladıq. Amma indi mən deyə bilərəm ki, həmin o neqativlər aradan qaldırılıb, həmin o söyüş edənlər Azərbaycan Xalq Hərəkatında deyillər, normal kollektiv formalaşıb, AXH Qurultaya Hazırlıq Təşkilatının üzvləri etik çərçivədə fəaliyyət göstərən siyasətçilərdir.

 

- Rusiya, Azərbaycan və Türkiyə bir araya gəlir və bir əməkdaşlıq formatının qurulması üzərində işlər gedir, beynəlxalq müstəvili tədbirlər keçirilir. Bu format nəyə hesablanır. Necə hesab edirsiniz Rusiya, Azərbaycan və Türkiyənin bir araya gəlməsinin iqtisadi inkişafla yanaşı, ölkəmizin təhlükəsizliyi, eləcə də torpqlarımızın işğaldan azad olunmasında təsiri nə ola bilər?

 

- Hamıya məlumdur ki, bu gün Dağlıq Qarabağ və digər ərazilərimizin işğal altında olması birbaşa Rusiyanın təsiri altında baş verib. Rusiya tərəfindən erməni separatçılarına dəstək olub. Yəni işğalın arxasında Rusiya durub. Mən düşünmürəm ki, bu üç dövlət hansısa birlik yaratsalar bizim işğal atında olan torpaqlarımız dərhal azd olunacaq. Burda Rusiya öz maraqlarına uyğun olaraq hərəkət edir. Ona görə də hesab edirəm ki, bu əməkdaşlığın Qarabağın azad olunmasında heç bir təsiri olmayacaq. Azərbaycan da bu birlikdə bir körpü kimi iştirak edir. Ona görə də Türkiyənin də burada hər hansı təsir etməsi mümkün olmayacaq. Yəni torpaqlar hələ ki, işğal altında qalacaq. Ona görə də hesab edirəm ki, burda siyasəti dəyişmək, qətiyyətli addım atıb, antiterror əməliyyatına başlamaq lazımdır.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Radikal müxalifətin ikinci oktyabr iflası

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

ALDP-dən polis zorakılığına qarşı bəyanat

"MAYOR ZƏFƏR ƏSGƏRLƏRİMİZİ ALDADIB ERMƏNİLƏRƏ GÜLLƏLƏTDİRDİ"