Adı seçici siyahısında olmayan vətəndaşların nəzərinə

19:24 10-04-2018 | icon 168 | Gündəm
Adı seçici siyahısında olmayan vətəndaşların nəzərinə

"Onlar da seçki məntəqəsinə gələrək səs verə bilər"

 

Azərbaycanda adının seçici siyahısında olub-olmamasından asılı olmayaraq, səsvermə hüququ olan bütün insanlar birbaşa seçki məntəqəsinə yaxınlaşaraq öz sənədini təqdim etməklə səs verə bilər.

 

Versus.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, müəyyən qisim insanların hansısa səbəbdən seçici siyahısına düşməməsi və ya bu siyahıya düşməkdən yayınması ola bilər. Buna baxmayaraq, onlar da öz sənədlərini təqdim etməklə səs verə bilərlər.

M.Pənahov bildirib ki, bəzi ölkələrdə seçici siyasıhında adı olmayan insanların səsvermə hüququ olmur, lakin Azərbaycanda belə deyil:

 

"Vətəndaş adının seçici siyahısında olub-olmamasından asılı olmayaraq, birbaşa seçki məntəqəsinə yaxınlaşıb səs verə bilər".

 

MSK sədri əlavə edib ki, sabah seçkilərlə bağlı bütün müraciət və şikayətlərə dərhal cavab veriləcək.

Qeyd edək ki, sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

Arif Paşa: “Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - MÜSAHİBƏ 1

Akif Əlizadə adına təqaüd

Aprel qazisi özünü öldürüb

Lamiyə Rzayeva: “Ölkəmizdə sosial işlə bağlı yanlış yanaşma var”

“Mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir” – MÜSAHİBƏ 2

Ertələnən seçkilərdə iştirakçılıq

Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

“Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” - MÜZAKİRƏ

Rus dilinin tədrisi təklif olunub

Türkiyədə - ETİRAZ BƏYANATI

"Bakıda ən çətini tormozlamadır"

Politoloq: Erməni müxalifəti Qarabağ məsələsində daha da radikal mövqe tutub - MÜSAHİBƏ

Sabah baş nazirin təsdiqlənməsi məsələsinə baxılacaq