"Seçkilərin şəffaf keçirilməsinə hər hansı əngəl olmayacaq"

19:40 10-04-2018 | icon 148 | Siyasət
"Seçkilərin şəffaf keçirilməsinə hər hansı əngəl olmayacaq"

"Şəffaflıq seçkilərdə ən əsas amildir və hesab edirəm ki, aşkarlıq baxımından seçki məntəqələrində kifayət qədər müşahidəçi olacaq".

 

Versus.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pəhanov bildirib ki, MSK seçki məntəqələrində seçki prosesini müşahidə etmək üçün rahat şərait yaradıb:

 

“Bütün seçki dairələri və seçki məntəqələri müasir və yaxşı şəraiti olan binalarda yerləşib. Elə şərait yaratamağ çalışmışıq ki, müşahidəçilərin öz funksiyalarını yerinə yetirməsi üçün heç bir əngəl olmasın”.

 

MSK sədri qeyd edib ki, seçkilərdə cavabdehliyi olan qurumlarla maarifləndirmə işi aparılıb:

 

“Misal üçün, cəzaçəkmə müəssisələrində olan insanlar da səs verəcəklər. Bunun üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə tədbir keçirilib, o cümlədən Səhiyyə Nazirliyi və digər qurumlarla tədbirlər təşkil edilib. Seçkilər günü təhlükəsizlik ən mühüm məsələlərdən biridir və təhlükəsizliyi təmin etmək üçün polis orqanlarının məsuliyyəti var. Ona görə də Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə də birgə tədbir keçirib”.

 

O vurğulayıb ki, aşağı seçki komissiyalarının üzvləri, kompüter mütəxəssisləri üçün seminarlar təşkil edilib, müşahidəçilər, KİV nümayəndələri və digərləri üçün yaddaş kitabçaları hazırlanaraq paylanılıb.

M.Pənahov əlavə edib ki, əlil insanların da səs verməsi üçün lazımi addımlar atılıb:

 

“Bu baxımdan hesab edirəm ki, Azərbaycanda prezident seçkilərinin şəffaf keçirilməsinə hər hansı bir əngəl yoxdur”.

 

MSK sədri xarici medianın da seçkilərə maraq göstərdiyini diqqətə çatdırıb:

 

"Prezident seçkilərini 51 xarici KİV-dən 118 nümayəndə izləyəcək".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib

Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Millət vəkilinin kitabları Türkiyənin qədim Kapadokya vilayətində

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

"Bu xəbər hamımızı üzdü"

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

“Yeni müttəfiqlər axtaracağıq”

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...