Seçki necə keçir?

15:39 11-04-2018 | icon 325 | Cəmiyyət
Seçki necə keçir?

 

Vətəndaşlar danışacaq

 

Bu gün xalq öz prezidentini seçir. Səsəvermə hüququna malik olan vətəndaşlarımız özləri ilə birgə gələcəyin seçicilərini - övladlarını, nəvələrini də səs verməyə aparırlar. Bu məqam seçki prosesində müşahidə olunan və siyasətin rəngini əlvanlaşdıran ən maraqlı nüansdır.

 

Versus.Az  bu seçkidə əhval-ruhyyənin necə olduğunu elə seçicilərin özlərindən öyrənib. Sualımız belədir:

 

Müşahidələrinizə əsasən seçkinin gedişini necə dəyərləndirirsiniz və necə keçir, əhval-ruhiyə necədir?

 

ADNSU müəllimi, dosent Ağasəf İmran:

“Seçkilər adi, sadə, könüllü seçki prosesidir. Bu gün Sovet dönəmində olan yalançı dəbdəbə yoxdur. Hiss olunur ki, seçim xalqındır”.

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, seçkidə iştirak hər bir şəxsin vətəndaşlıq borcudur:
“8 saylı seçki məntəqəsində səs verməyə daxil olmaq üçün bir saat yarım növbə gözlədim. Həyatımda belə aktivlik və belə izdihamlı növbə görməmişdim. Bayıl camaatı aktiv idi.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən Respublika ərazisi üzrə 50 saylı Abşeron Qobustan seçki dairəsidə müşahidəçi olan Elvin Səfərov bidirib ki, seçkilər çox yaxşı keçir və heç bir neqativ halla qarşılaşmayıblar:

 

“Hələ saat 12:30-a qədər seçicilərin 32 % -ə qədəri səsvermədə iştirak etmişdi. Hələlik heç bir ciddi qanun pozuntusu qeydə almamışam.

Vətəndaşlar ailəvi və ya tək-tək gəlib səslərini verirlər. Səsverməyə gənclər də, yaşlılar da gəlir. Sevindirici haldır ki, vətəndaşlarımız ölkəmizin, dövlətimizin taleyinə biganə yanaşmır. Fürsətdən istifadə edib bütün vətəndaşlarımızı saat 19:00-dək yaxınlıqdakı seçki məntəqələrinə gedib səsvermə hüquqlarından istifadə etməyə dəvət edirəm”.

 

Jurnalist Rövşən Vəziroğlu:

“Mən Biləcəri qəsəbəsi 298 nömrəli məktəbdə yaradılmış seçki məntəqəsində prezident İlham Əliyevə səs verdim. Hamı normal şəkildə seçkilərdə iştirak edir və istədiyi namizədə də səs verirlər. Heç kimə təzyiq göstərilmir. Müşahidəçilər və KİV nümayəndələri də səsverməni diqqətlə izləyirdilər”

 

ƏQC sədri Məhluqə Qəhrəmanlı:

“Səhər ailəmlə birlikdə seçkiyə getdik. Şükürlər olsun ki, əhalinin əhvali-ruhiyyəsi çox yaxşı idi. Hamı seçkiyə gəlirdi. Hətta növbə yaranmışdı. İstədim şəkil və ya video görüntüsü edəm, izasə vermədilər. Şükür, insanlar səs vermədə fəaldır. Allah köməyimiz olsun. Prezidentimizə uğurlar diləyirik”.

 

Jurnalist Əmrah Fəqanoğlu:

“Mən Xətai seçki dairəsi, 245 saylı məktəbdə yaradlan məntəqədə səs verdim. Məntəqədə seçki bülleteni almaq üçün növbə idi, yəni seçkiyə marağın yüksək səviyyədə olduğunu gördüm. Heç bir yönətim və qanun pozuntusu ilə rastlaşmadım. Şəxsiyyət vəsiqəsi ilə yaxınlaşdım, bütün prosedurlara uyğun olaraq adımı seçicilər siyahısından tapıb, bülleten verdilər. Seçkilərdə fəallıq yüksək idi.

Seçimimi edib, bülleteni qutuya atanda şəkil çəkdirməyə də icazə verildi.

 

“PS-nota” saytının rəhbəri Sərdar Əlibəyli:

Əhmədli qəsəbəsi 260 nömrəli məktəbində bir neçə seçki məntəqəsi yaradılıb. Seçkiyə getməmişəm. Çünki ortada seçki adına bir şey yoxdur. Yarımçıq dekorasiyalar üzərində qurulmuş yarım tamaşa, yarıoyun bir şeylər yaşanır. Ətraf sakitlikdir, hətta adi günlərdən də sakitdi, tək-tək adamlar gözə dəyir. Həyat isə davam edir. Camaat seçkiyə ona görə gedir ki, sonrasında dəyişikliklər olacağından əmin olsun. Burdan dəyişikliklər gözlənilmir deyə, aktivlik də elə o gözləntilər səviyyəsindədir”.

 

Abu Turabov:

“Seçicilərdə fəallıq var. Hər şey əladır”.

 

Rəsmiyyə Hüseynova:

“Səsverməyə Neftçala rayonunda qatıldım. Seçkilər sakit rəvanla keçir. Ailəlikcə çox sakit şəkildə səsvermədə iştirak etdik”.

 

Mühəndis Rəşad Əlizadə:

“Kəlbəcər rayon 123/2 saylı seçki məntəqəsində səsvermə yüksək səviyyədə keçdi. Hər kəs sakit şəkildə heç bir maneə ilə qarşılaşmadan öz səs hüququndan istifadə edir”.

 

Abil Ulusoy:

“Mən Seçkini  “Azad tələ” hesab etdiyim üçün və bu mənim  istəklərimə cavab vermədiyinə görə  hec bir zaman bu “Azad Tele oyunu”nda iştirak etməmişəm”.

 

Tahirə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

“... O vaxt da müxalifət sevinirdi ki, Elçibəy devriləcək”

Aslan Aslanov: "Məni didərgin salan iqtidar deyil, müxalifətdir" - VİDEO

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

Qurban Məmmədov İqbal Ağazadənin iradını qəbul etdi

İqbal Ağazadə xalqı təbrik etdi

Bu nazirliyin səlahiyyətləri artırıldı

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

"Ona görə də insanları cəzalandırmaq qərarına gəldilər" - MÜSAHİBƏ

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

"Cinsi tarazlığın pozulması insan alverinə gətirib çıxarır"