Qənirə Paşayevanın iştirakı ilə şəhid ailələri ziyarət edilib

15:30 12-04-2018 | icon 2351 | Qarabağ
Qənirə Paşayevanın iştirakı ilə şəhid ailələri ziyarət edilib

 

“O gün uzaqda deyil”

 

Millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlı Xaçmaz, Xızı və Neftçalada Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər.

 

Versus.az-ın məlumatına görə, Xaçmazda qəhrəman şəhidlərimiz Elvin Mirzəyevin və Elvin Qayıbovun ailələrini, Xızıda qəhrəman şəhidimiz Ravil Novruzovun ailəsini, Nefçalada qəhrəman şəhidimiz Elimdar Səfərovun ailəsini ziyarət zamanı millət vəkili Q.Paşayeva deyib ki, şəhidlərimiz kimi, onların ana-ataları da bizim üçün çox qiymətlidir. Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışan millət vəkili belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib.

Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib. Bu istiqamətdə fəal işlər görmək üçün yeni yaradılmış “Aprel 2016 Şəhid ailələrinə dəstək” İB təşkilatının da şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını da deyib.

 

Millət vəkili Q.Paşayeva görüşlər zamanı bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q.Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”- deyərək, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

"Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi", - deyən Q.Paşayeva "hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz" - deyib.

 

“Aprel 2016 Şəhid ailələrinə dəstək” İB həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, tanınmış jurnalist Aida Eyvazlı da yeni yaratdıqları təşkilatın da qəhrəman şəhidlərimizin gənclər arasında daha çox təbliğ olunmasına diqqət edəcəyini və şəhid ailələrini hər zaman diqqətdə saxlayacağını bildiriblər. Millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva, “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlı Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər ediblər, qayğıları ilə maraqlanıblar və hər zaman  yanınızdayıq deyiblər. Onlar bildiriblər ki, şəhid ailələrimizə dəstək olmaq hər bir azərbaycanlının borcudur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İxtisas seçimi bu gün başa çatır

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq