Füzuli Alməmmədovun Soyuqbulaq xatirələri – IV

09:07 29-10-2019 | icon 144 | Şəhidlər və şahidlər
Füzuli Alməmmədovun Soyuqbulaq xatirələri – IV

"Bir metr addım atmaq həyatla vidalaşmaq idi"


(əvvəli bu linkdə)

 

...Biz yaralını atəşdən qoruyaraq çətinliklə də olsa Musanın yerləşdiyi posta gətirə bildik. Düşmən artilleriyası bir neçə istiqamətdən bizim postların arxasına fasiləsiz olaraq zərbələr endirdiyindən yaralılara kömək etməyə gələn ZİL-131 lazım olan yerə gəlib çıxa bilmirdi. Bir metr addım atmaq həyatınla vidalaşmağa bərabər sayılırdı. Buna baxmayaraq Vüqarla Qoşqar əsgərin ağrılarına dözməyib onu həkim oturan çadıra daşıdılar...

 

Həmin döyüşdə bizim çoxlu yaralılarımız və şəhidlərimiz var idi. Bütün yaralılar uşaqların köməyilə həkimə çatdırılıb ilkin yardım göstəriləndən sonra arxaya Kəlbəcər istiqamətinə - qospitala yola salınırdılar. Ədalətdən isə hələ ki, heç  bir xəbər yox idi. Mayor Zəfər isə gözə dəymirdi.

Nəhayət Sonasar tərəfə düşən Ədalət və Allahverdi də gəlib çıxdılar. Hamımız bikef idik....

 

Hoçaz döyüşləri haqqında xatirələr

Soyuqbulaq  tərəfdən hücumları daha da kəsərli etmək, Hoçaz dagını düşməndən azad etmək məqsədilə yeni qüvvə olaraq Cingiz Əliyevin batalyonunu- 714- ü Soyuqbulağa göndərdilər. Çingiz Əliyev həm də Hoçaz əməliyyatına rəhbərlik edəcək şəxs qismində bura göndərilmişdi.  Əfqanıstan döyüş təcrübəsi görmüş Çingiz Əliyev kifayət qədər hərbi bacarığa malik bir komandir idi.

Onunla oldugum zamanlarda hiss etdiyim bir şey diqqətimdən qaçmamışdı. O, kəşfiyyatı qələbənin bir nömrəli açarı hesab edirdi. 714-ün Soyuqbulağa gəlişindən sonra 713  Soyuqbulağa hücum üçün ehtiyata qayıtdı.  Mayor Süleyman Əhmədov  mövcud səngərləri 714-ə təhvil verdi.  

 

“Sürücü maşını idarə etməkdən imtina etmişdi”

 

Zəfər yaralandığı üçün tabeliyində olan azacıq əsgərlərin kimə verildiyindən xəbərim olmadı. Çingiz Əliyev qərərgahını Soyuqbulaqda saldı. Hoçazda yerləsən qüvvələrin komandir heyətilə hücumun səmərəli və sərfəli başa catdırmagın yollarını axtarmaga başladı. Onu da qeyd edim ki, bizim batalyona məxsus ZİL-131 -in sürücüsü cətin dag yollarındakı agırlıgı nəzərə alaraq maşını idarə etməkdən imtina etmişdi. Mayor Süleyman Əhmədov Pircahandan gətiriləcək  ərzağın əsgərlərə necə çatdırılaçagı barədə çox narahat idi. O, bizə xitabən  “uşaqlar, sizlərdən maşın sürən var” - deyə soruşdu. Mən də cavabında “komandir, baçarıram, atam şoferdi” dedim. “Tez ol get, çörək, ərzaq yoxdur, get gətir” dedi.

Mən çətin yollarla tapşırığı yerinə yetirib qayıdanda Süleyman Əhmədovun sevincinin həddi- hüdudu yox idi. Beləliklə mənə ikinci bir iş də həvalə olundu...

Çingiz Əliyev Rəhman İsgəndərovu yanına çagırıb “gedək Mişniyə” dedi.  Lacın polislərilə görüşüb hücuma hazırlaşmalıyıq, müzakirə edəcəyimiz vacib məsələlər var”.

 

Komandirlərin Mişni toplantısı

 

Rəhman İsgəndərov məni yanına cagırıb “bizi Mişniyə apar” dedi. Biz yola düşəndə artıq hava qaralmışdı. Mişnidə polislərin onları gözləyəcəkləri evə çatdıq. Çingiz Əliyev, Rəhman və mən içəri daxil olduq. Hoçaz  dağına hücumun planları müzakirə olunmaga başladı. Çingiz Əliyev əvvəlcə erməni qüvvələrinin harada yerləşdiyini, hücum ücün hansı cinahlardan istifadə olunmasını, bütün bunlarla bağlı polislərdə hansı dəqiq məlumatların olduğunu öyrəndi. Onu da qeyd edim ki Çingiz  Əliyevin batalyonu Soyuqbulağa gələndən 3-4 gün sonra bu əməliyyata hazırlıq başladı. Hoçaz əməliyyatına rəhbərliyi Çingiz Əliyev etsə də, əməliyyat  planının hazırlanmasını, əsas koordinatların müəyyənləşdirilməsini, əsas hücumun hansı istiqamətdən təşkil edilməsini Rəhman İsgəndərov cızmışdı. Və Çingiz Əliyevin özü də bununla razılaşmışdı. Əsas həlledici məqam kimi Hoçaz dağının vışqa olan istiqamətdən vurulması məhz Rəhman İsgəndərov tərəfindən müəyyənləşdirilmişdi. Həmin istiqamətdən edilən hücum Hoçaz dağının alınmasında həlledici rol oynadı.


Çingiz Əliyev zabitlərlə ümumi məşvərətdən sonra belə qərar qəbul etmişdi:

“Sübh tezdən artilleriya erməni səngərlərini vursun. Həmin zərbələr davam edən zamanda, bu müddət ərzində əsgərlər heç bir atəş açmadan gözləsin. “Şakal!” komandası veriləndə bütün istiqamətlərdə hücum əməliyyatına başlanılsın”...

 

(ardı var)

 

İgid Teymurlu
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Paşinyan yenə sərsəmlədi və...

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

AXCP prezidentə müraciət etdi

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq