"Bu, ölkəmizin növbəti uğurudur"

15:02 29-10-2019 | icon 22 | Siyasət
"Bu, ölkəmizin növbəti uğurudur"

Üzvlərinin sayına görə BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Azərbaycanda, paytaxt Bakıda keçirilməsi tarixi hadisədir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Kamilə Əliyeva deyib.

 

Deputat bildirib ki, cəmi 8 il öncə, 2011-ci ildə ölkəmiz Qoşulmama Hərəkatına üzv qəbul olunub:

 

“Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində də ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb. Məhz bu nüfuzun nəticəsidir ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur.

 

Bu, ölkəmizə göstərilən hörmətin, inam və etimadın təzahürüdür. Artıq ölkəmiz bu Zirvə Görüşünə uğurla və layiqincə ev sahibliyi edib. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan bütün dünyaya qonaqpərvərliyini, sülpərvərliyini, bəşəriyyəti narahat edən bütün məsələlərin müzakirə olunduğu və oluna biləcəyi bir məkan olduğunu dünyaya nümayiş etdirməkdədir. Zirvə Görüşünün açılış mərasimində 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etdi. Ümumilikdə, “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdı”.

 

K.Əliyeva vurğulayıb ki, Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Zirvə Görüşünün açılış çıxışında Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür edərək, ölkəsinin sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini və növbəti üç il üçün sədrliyin Azərbaycana həvalə edildiyini bəyan etdi. Beləliklə, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verildi:

 

“Sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə Görüşü iştirakçıları qarşısında çox əhatəli, çox məzmunlu və tarixi bir nitq söylədi. Dövlət başçısı çıxışında Zirvə Görüşünü dünya ölkələrininin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın yeritdiyi siyasətə verdiyi dəstək kimi qiymətləndirdi və bu qərara görə təşəkkürünü bildirdi. Eyni zamanda, qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Çünki bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

 

Çıxışı zamanı "Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan, BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur" - deyən dövlətimizin başçısı çox mühüm bir məqama da toxunaraq bildirdi ki, sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir. Bu gün çox təəssüflər olsun ki, yaşadığımız dünyada, beynəlxalq aləmdə bu cəhdlər özünü göstərməkdədir. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə cəhdləri gözümüzün qarşısındadır, dövrümüzün acı reallığıdır. Konkret olaraq, 31 ildən artıq bir müddət ərzində işğalçı və təcazüvkar Ermənistan, onu açıq və gizli himayə edən qüvvələr, anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı bu cür cəhdlər edilməkdədir, hər kəsin qəbul etdiyi beynəlxalq hüququn norma və prinsipləri açıq-aşkar tapdalanmaqda, ayaqlar altına atılmaqdadır. Odur ki, Azərbaycan Prezidentinin çıxışında bu məsələnin növbəti dəfə dilə gətirilməsi çox vacib və olduqca əhəmiyyətli məqamlardandır. Dövlət başçısı çıxışında növbəti dəfə Ermənistan-Azərbaycan münaqişəsinə, Ermənistan təcavüzkarlıq siyasətinə geniş yer ayıraraq, bir daha işğalçı ölkəni, onun münaqişənin sülh və danışıqlar yolu ilə həlli prosesinə törətdiyi təxribatçılıq və fintəkarklıq əməllərini könkret faktlarla, arqumentlərlə ifşa etdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələbinin yer almasına baxmayaraq, ölkə başçısı ötən 26 il ərzində həmin qətnamələrin heç birinin həyata keçirilmədiyini bəyan etdi və vurğuladı ki, bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir, bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır".

 

Milli Məclisin deputatı vurğulayıb ki, bu ikili standartlar siyasətinə atıq son qoyulmasına çağırış edən Azərbaycan Prezidenti ali, mötəbər kürsüdən bir daha ölkəmizin haqq səsini ucaldaraq, beynəlxalq birliyi, münaqişənin həlli ilə məşğul olan təşkilatları təcavüzkar dövlət olan Ermənistanı işğalçılıq siyasətindən çəkindirmiyə, ona ciddi təzyiqlər göstərməyə və işğal faktının aradan qaldırılmasına kömək etməyə səslədi: "Hesab edirəm ki, bu çağırış, bu bəyanat mütləq şəkildə öz nəticəsini verəcək, günü-gündən ifşa edilərək, ardıcıl siyasi-diplomatik zərbələr alan Ermənistan bir gün sülhə razılaşmağa, Azərbaycanın haqlı və ədalətli tələblərini yerinə yetirməyə məcbur olacaq. Artıq onun başqa çıxış yolu yoxdur, haqq da, ədalət də bizim tərəfimizdədir. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır və Azərbaycanın olacaq.

 

Bütövlükdə, bu quruma 3 il müddətində sədrliyin Azərbaycanda olması ölkəmizin beynəlxalq aləmdəki, dünyadakı yerinin, rolunun, çəkisinin, nüfuzunun daha da artmasına, möhkəmlənməsinə gətirib çıxaracaq. Azərbaycan bu tarixi fürsətdən, şansdan istifadə edərək, ölkə həqiqətlərini, reallıqlarını, öz inkişafını dünyaya daha yaxından nümayiş etdirəcək və dünya bir daha Azərbaycanın tərəqqisinə, çiçəklənməsinə, inkişafına şahid olacaq. Odur ki, Zirvə Görüşünü olduqca tarixi və böyük siyasi hadisə, ölkəmizin növbəti uğuru hesab edirəm”. /Trend/

 

Versus.Az

Xəbər lenti

Təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına başlanılıb

Əsas məqsəd şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdir

"Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir"

Tələbə yataqxanalarının tikilməsi ilə bağlı TƏKLİF

Xarici ali təhsil ixtisaslarının tanınması ilə bağlı sənəd qəbulu dayandırılır

"Mənşəyi məlum olmayan dərmanlar və onların reklamlarına nəzarət edilməlidir"

Havanın temperaturu aşağı düşəcək

Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıldı

Deputatdan TƏKLİF

Təmas xəttində monitorinq keçirilib

Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq

"Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başlandı

Bu uşaqlara müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı

İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq

Meri Sabunçu sakinlərinin problemlərinin həlli istiqamətində tapşırıqlar verib

Azərbaycan UNESKO-nun Baş Konfransının 40-cı sessiyasının vitse-prezidenti seçilib

Bu gün Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Sevindik Nəsiboğlu görkəmli şərqşünasın 80 illiyinə şeir həsr etdi

Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi - FOTO