Tarixə düşən islahatlar...

15:35 29-10-2019 | icon 76 | Köşə
Tarixə düşən islahatlar...

NAMİQ ƏLİYEV

/Tarix üzrə fəlsəfə doktoru/

 

İslahatlar təcrübəsinin təhlili onu göstərir ki, yalnız xalqın istəklərinə və gözləntilərinə cavab verən islahatlar uğurla nəticələnə bilər



Bütün xalqların dövlətçilik tarixi iqtisadi, siyasi, hüquqi, mədəni, dini və s. islahatlarla zəngindir. Dövrün tələblərinə uyğun olaraq, zamanında cəmiyyətin istəklərinə reaksiya verib, uğurlu islahatlar həyata keçirə bilən dövlətlər bu prosesdən yalnız qazanıblar. Bəri başdan deyək ki, islahatları uğurla başa vuran dövlət başçıları adlarını tarixə qızıl hərflərlə yazdırıblar, onların islahatları tarixə düşüb və bu gün belə, tarix dərslikləri vasitəsilə tədris olunur. Azərbaycanın da dövlətçilik tarixində öz dövrü üçün müsbət mənada ciddi nəticələrə səbəb olmuş islahatlar aparılıb. Bunlara misal olaraq, Orta əsrlərdə Hülakilər dövlətinin ən nüfuzlu hökmdarlarından biri olmuş Qazan xanın islahatlarını nümunə göstərə bilərik. Qazan xan maliyyə-vergi sistemini nizamlamaq, əyanların özbaşınalığına son qoymaq, sadə əhalini torpaqla təmin etmək üçün, həmçinin məhkəmə, ticarət, rabitə sahəsində islahatlar keçirmək qərarı verdi. Tarixə düşən islahatlardan biri də Səfəvi hökmdarı Şah Abbasın zamanında baş tutan islahatlardır. Şah Abbasın islahatlarının ən mühüm nəticələrindən biri o oldu ki, dövləti möhkəmləndirən şah qısa müddətdən sonra itirilmiş torpaqlarını yenidən geri ala bildi...


Şah Abbasın islahatlarının ən mühüm nəticələrindən biri o oldu ki, dövləti möhkəmləndirən şah qısa müddətdən sonra itirilmiş torpaqlarını yenidən geri ala bildi...



Azərbaycan dövləti bu gün öz tarixində növbəti və ən irimiqyaslı islahatlar mərhələsinə qədəm qoyub. İslahatlar təcrübəsinin təhlili onu göstərir ki, yalnız xalqın istəklərinə və gözləntilərinə cavab verən islahatlar uğurla nəticələnə bilər. Etiraf edək ki, ölkə vətəndaşları yenicə başlayan bu islahatları istəyirdi və gözləyirdi. Təsadüfi deyil ki, xalqın istək və arzuları ilə hesablaşan iqtidar əvvəl sosial islahatlar paketini qəbul etdi, ardından da struktur və kadr islahatlarına start verdi. Mütəxəssislər bildirirlər ki, 5 milyard manat civarında vəsaitə başa gələcək sosial tədbirlər 4 milyon insanı əhatə edəcək. Fikrimizcə, islahatların miqyası o qədər genişdir ki, bunlar təkcə 4 milyon nəfəri yox, bütün vətəndaşları əhatə edir. 10 milyon insanın hər biri bu islahatlardan, bu və ya digər formada, bəhrələnə biləcək. Çünki bütün işləyənlərin əməkhaqqı, bütün növ təqaüdlər, məcburi köçkünlərə verilən müavinətlər və s. artırılıb.


İslahatlar dövlətin qüdrətlənməsi baxımından da əhəmiyyətlidir. Çünki islahatlar, bir tərəfdən dövlətin əsaslarını möhkəmləndirir, digər tərəfdən də yeniləndirmə xüsusiyyətinə malikdir.Əminliklə demək olar ki, cəmiyyətin ümumi rifahına xidmət göstərən, ictimai mənfəət üçün həyata keçirilən son islahatlar xalqın istək və gözləntilərinə tamamilə uyğundur. Bu baxımdan, islahatların uğurla başa çatacağına heç bir şübhə yoxdur və bu islahatlar tarixə düşəcək...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Deputat əlillər, təhsil və Qarabağ həqiqətlərindən danışdı, bir sıra təkliflər irəli sürdü

Onu ömürlük həbs cəzası gözləyə bilər

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Zərdaba yeni icra başçısı təyin edildi

Yasamal rayonuna icra başçısı təyin edilib

Prezident yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib