II ANİMAFİLM

10:09 30-10-2019 | icon 31 | Film
II ANİMAFİLM

Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə Bakıda İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib.

 

Versus.Az xəbər verir ki, İkinci ANİMAFİLM-in mövzusu Çexiya animasiyası idi. Festivalda müsabiqədənkənar proqramda Çexiya filmlərinə baxış təşkil olunub, festivalın plakatını da çexiyalı animator Filip Poşivaç işləyib hazırlayıb.

 

Festivalın ilk günü Azərbaycanın animasiyasının tarıxınə həsr olunmuş konfrans keçirilib, uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri nümayiş etdirilib. Növbəti iki gündə əvvəlki ildəki kimi müxtəlif yaş qrupları üzrə uşaqlar üçün animasiya vorkşopları təşkil olunub. Vorkşopları fransız və yunanıstan animatorları aparıb. Festivalın gedişində münsiflərin proqramlarının, yunan və çexiya animasiyalarının təqdimatları, müsabiqə proqramları və s. tədbirlərin keçirilib. Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamı idi.

 

Builki festivalda yenilik edilərək uşaqlardan ibarət münsiflər heyəti yaradılmışdı. Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru və əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirib. Festivalın şərtlərinə görə “Uşaqlar üçün ən yaxşı animasiya filmi” müsabiqəsinin qalibini həmin 5 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edib.

 

ANİMAFİLM-2019-un şüarı "Ənənə və inkişafa yeni baxış" idi. Builki festivalda müraciətlər ən böyük beynəlxalq festivallar platforması olan FilmFreeway vasitəsilə aparılıb.

 

Festivalın müsabiqə proqramına 50 ölkədən 268-dən çox müraciət daxil olmuşdu. Müsabiqələrin qalibləri festivalın sonuncu günü – oktyabrın 20-də bəlli oldu.

 

Film və ssenarilər üzrə müsabiqə kateqoriyaları və qaliblər aşağıdakılar oldu:

 

1) Ən yaxşı qısametrajlı animasiya filmi
Qız (Daughter), Çexiya Respublikası, rejissor: Darya Kaşeyeva (Daria Kashcheeva)

 

2) Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi
Papito (Papito), ABŞ, rejissorlar: Sarika Persaud, Kennet Rozen (Sarika Persaud, Kenneth Rosen)

 

3) Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari
Əsən (Blowing), İran İslam Respublikası, müəlliflər: Məhəmməd Zare, Rəna Vəzi (Mahammed Zare, Raana Vaezi)

 

4) Tamaşaçı rəğbəti mükafatı

Anam ağaca çıxıb (1986), Azərbaycan, rejissor Firəngiz Qurbanova.

 

Beynəlxalq münsiflər heyətinə 1-ci ANİMAFİLM-in “Qızıl qayıq” mükafatı laureatı Məsud Pənahi rəhbərlik edirdi.

ANİMAFİLM festivalının təşkilat komitəsi bu il Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıq qayıq” mükafatına eyni zamanda iki korifeyimizi – Firəngiz Qurbanova və Elçin Hami Axundovu mükafatlandırdı.

 

Builki festivalın azərbaycan və ingilis dillərində müsabiqə iştirakçıları, təqdim olunan filmlər və ssenarilər haqqında annotasiyalar olan rəngli kataloqu da işıq üzü görüb. Kataloqun elektron versiyasını, festival proqramını və həmçinin, festival haqqında daha ətraflı məlumatı festivalın rəsmi http://animafilm.az saytından yükləyib tanış olmaq olar.

 

ANİMAFİLM festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” MMC-dır.

İnformasiya dəstəyi - Trend.az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Sevindik Nəsiboğlu görkəmli şərqşünasın 80 illiyinə şeir həsr etdi

Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi - FOTO