BSU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

12:37 30-10-2019 | icon 55 | Təhsil
BSU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

Oktyabrın 30-da Bakı Slavyan Universitetində (BSU) I tədris ili tələbələri üçün “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib. Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin (TN) təşəbbüsü ilə  yaradılıb. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Bu barədə Versus.Az-a BSU-nun Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova iştirakçıları salamlayıb və “Bir” Tələbə-Könüllü Proqramının əhəmiyyətini vurğulayıb. Bildirib ki, BSU-nun tələbələri bu proqramın ən fəal iştirakçılarıdırlar. BSU-nun 4 mindən çox tələbəsi bu proqrama qoşulub. X.Sultanova çıxışında həmçinin universitetin tələbə-gənclərinin digər ölkədaxili və beynəlxalq tədbirlərdə fəal iştirak etmələrindən qürurla danışıb və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Təqdimatın aparıcısı Kamran Əliyev “BİR” Tələbə-Könüllü Proqramı barədə tələbələrə ətraflı məlumat verib. Qeyd edib ki, “Bir” könüllü olmaq gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, komanda ruhunu formalaşdıran kollektiv oyunlarda iştirak, yeni dostlar qazanmaq imkanı yaradır.
         Sonra “BİR” Tələbə-Könüllü Proqramının könüllülərinin videoçarxı nümayiş olunub.

“BİR” Tələbə-Könüllü proqramının nümayəndəsi Mənsurə Məhərrəmova çıxışında bildirib ki, ölkəmizdə genişmiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə-könüllülər boyük rol oynayırlar. M.Musayeva “Bir” Tələbə-Könüllü proqramı çərçivəsində könüllər üçün yaranan karyera imkanlarından, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı və Lənkəran şəhərlərində keçirilən təqdimatlardan danışıb, tələbələri bu layihədə fəal iştirak etməyə səsləyib.

         Təqdimat zamanı  tələbələrin sualları cavablandırılıb. Maraqlı oyun  və müsabiqələr,  tələbələrin ifasında səsləndirilən mahnılar  tədbirə marağı  daha da artırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Deputat əlillər, təhsil və Qarabağ həqiqətlərindən danışdı, bir sıra təkliflər irəli sürdü

Onu ömürlük həbs cəzası gözləyə bilər

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Zərdaba yeni icra başçısı təyin edildi

"2020-ci il seçkiləri oğurlanır"

Yasamal rayonuna icra başçısı təyin edilib