“Atamı balıqçı dostları öldürüblər”

12:50 30-10-2019 | icon 48 | Cəmiyyət
“Atamı balıqçı dostları öldürüblər”

Balıqçı intihar etdi, öldürüldü, yoxsa ...müxtəlif iddialar, müxtəlif versiyalar...

 

“Sağ qalan balıqçılar deyirlər ki, güclü külək qayığı aşıranda atam qorxusundan özünü suya atıb. Guya ki, balıqçı yoldaşları onu iki dəfə sudan çıxarıblar, amma sonrakı intihar cəhdində onu xilas etmək mümkün olmayıb. Amma mən buna inanmıram, atam niyə intihar etməliydi ki, o, cinayətin qurbanı olub...”

 

Versus.Az “Hürriyyət”ə istinadən xəbər verir ki, Xəzər dənizində itkin düşən Vurğun Quliyevin qızı Rəhimə Quliyeva danışıb.

 

Rəhimə iddia edir ki, fırtınadan xilas olan balıqçıların hadisə ilə bağlı danışdıqları bir-biri ilə üst-üstə düşmür. O, iddia edir ki, atasının ölümündə məhz həmin balıqçıların əli var. Balıqçılar isə Vurğun Quliyevin intihar etdiyini iddia edirlər.

 

TƏFƏRRÜAT

 Rəhimə danışır ki, atası əvvəllər balıq ovlamaqla məşğul olsa da, son 1 ildə dənizə çıxmıyıb. Həmin gün də dostları ilə “kampaniya” xatirinə dənizə çıxıb.

 

Faktlara əsaslanan Rəhimə danışır ki, Vurğun Quliyev oktyabrın 2-də Neftçala rayonundan olan Aqil Əhmədov, Elbrus Cəfərov və Valeh Babayevlə birlikdə Bakı şəhəri, Pirallahı rayonu ərazisindən Seyidağa Muradovdan icarəyə götürdüyü (özəl) kiçik həcmli balıq ovlayan SA 16-72 bort nömrəli katerlə balıq ovlamaq məqsədilə Xəzər dənizinə çıxıblar. Oktyabrın 6-da Vurğun Quliyev oğlu ilə əlaqə saxlayaraq hava şəraitinin pis olduğunu bildirib, ayın 8-də qayıdacaqlarını deyib. Ondan sonra onunla heç bir əlaqə saxlamaq mümkün olmayıb:

“Sonra məlum oldu ki, atamla birlikdə balıq ovuna getmiş şəxslərin üçü - Aqil, Elbrus və Valeh dənizdən qayıdıblar, atam isə qayıtmayıb. Oktaybrın 8-də isə məlumat verildi ki, atamın meyiti bizə təhvil verilmək üçün Bakı şəhərinə gətirilib. Axşama kimi gözlədik, nə atam gəldi, nə də ki meyiti...”

Rəhimə bildirib ki, atası itkin düşəndən sonra, sağ qalan balıqçılar heç bir yanda görünməyiblər. Hətta rayona gələn Aqil və Elbrus ailə üzvlərindən heç kəslə görüşməyiblər. Yalnız Valeh Babayev onların evinə gələrək ayın 7-də əlverişsiz hava şəraitinə görə katerin küləyin təsirindən aşdığını bildirib. Deyib ki, onlar 1 sutkadan artıq müddətdə katerin qabaq hissəsindəki boşluqdan yapışaraq suda qalıblar. Amma atam qorxub, hava şəraitinə dözməyərək özünü bir neçə dəfə suya ataraq öldürmək istəyib. Valeh Babayev bildirib ki, atamı bir neçə dəfə xilas edib, amma sonuncu cəhdində bacarmayıb.

 

Rəhimə deyir ki, bir neçə gün sonra hadisə ilə bağlı ona suallar verəndə, dediklərini danaraq ümumiyyətlə atasının dalınca getmədiyini deyib.

“Biz, ümumiyyətlə həmin o 3 şəxsin sutka yarım suda qalmasından da şübhə edirik”.

 

ŞÜBHƏLİ MƏQAMLAR:

 

“...Valeh hadisə ilə bağlı izahatında bildirir ki, Vurğun özünü dəfələrlə suya atdı, mən onu xilas elədim. Elbrus isə deyir ki, Valeh ona heç bir köməklik göstərməyib və batıb. Biri deyir 5 dəfə atamın dalınca fedib, biri deyir 3 dəfə gedib. Deyirlər ki, Vurğun az qala dəli olubmuş. Amma atam elə həmin gün mesaj göndərərək küləyə görə kateri dayandırdıqlarını bildirmişdi…

Yaxud, Fövqaladə Hallar Nazirliyi (FHN) rəsmi məlumat yayıb ki, balıqçıları “Şaxtaxt” tipli gəmi ilə gecə dənizdən götürüblər. Digər tərəfdən, balıqçı Aqil Əhmədov Su Polisi ilə bərabər ailəyə gəlib danışıblar ki, hadisə gecə olmayıb. Halbu ki, əvvəl bütün mətbuata deyilirdi ki,  hadisə geçə olub.

 

Deyilir ki, hadisə Xaçmaz tərəfdə olub. Bu hadisənin Xaçmaza nə aidiyyatı var. Fövqaladə Hallar da məsələni araşdırmır. Balıqçılar isə dindirilmədən əl-qollarını sallayıb gəzirlər.

 

Ailə üzvlərindən DNK analizi götürüblər. Əgər ortada meyit yoxdursa bu nəyə lazımdı!?.  Bəlkə bu da gözdən pərdə asmaq üçündür…

 

Ehtimal:

Rəhimənin sözlərindən belə aydın olur ki, bu gün dənizdə batan bir balıqçının “ölümünə” şahid olan 3 nəfər sağ qalan balıqçının davranışları və bir-birini təkzib edən ifadələri, yəni söhbətləri, eləcə də balıqçılara matorlu qayığını lisenziaya olmadan verən Seyidağanın davranışları, onun axatarışı ilə bağlı hər hansı çabanın göstərilməməyi, eləcə də Su Polisinin heç bir araşdırma aparmaq niyyətində olmaması, hadisə ilə bağlı istintaqın başlanmamağı və faciə yaşayan ailənin heç bir ərizəsinə məhəl qoyulmaması onlara şübhələnməyə əsas verən detallardır. Ailə belə bir qənaətə gəlir ki, Vurğun Quliyev qəsdən dənizdə batırılıb və ona görə də bu prosesdə adı çəkilən qurumlar və insanlar onlardan qaçırlar.

 

Təbii ki, bu işdə müxtəlif versiyalar irəli sürmək olar: ya sağ qalan balıqçılar hadisədən qorxub başlarını cəncələ salmamaq üçün kənarda qalmağı tərcih edir, ya da icazəsiz balıq ovlamaq istəyən brokoniyerlərə özünün matorlu qayığını lisenziyasız verən şəxs, eləcə də balıqçılara dənizdə üzmələri üçün imkan yaradan polislər öz qara işlərini gizli saxalamaq üçün məslənin açılmasını istəmir, yaxud da bizim bilmədiyimiz və ağla gətirilməyən məsələlərlə yanaşı qatı cinayət işi tərədilib. Yəni Rəhimənin iddia etdiyi kimi atasını öldürüblər.

 

VERSİYALAR

Rəhimə deyir ki, atasının (Vurğun Quliyev) dənizdə batmasının səbəblərini ən doğru şəkildə bilmək üçün araşdırılma aparılmasını istəyir. Əgər onun ölümündə kimlərsə təqsirlidirlərsə aşakar olunaraq cəzalarını almalıdırlar.

 

“Həmin o 3 şəxsin hər biri dindirilməlidir. Mən və ailə üzvlərimizin hamısı əmindir ki, bu hadisə Aqil Əhmədov tərəfindən törədilib, onunla birlikdə olan Valeh və Elbrus da bu işdə iştirakçıdırlar. Həmçinin kateri Aqilə müvəqqəti icarəyə vermiş Seyidağa Muradovda bu hadisədə tam məlumatlıdır”.

 

Rəsmi xəbərlərdən:

Qeyd edək ki, axtarış tədbirləri ilə bağlı Fövqəladə Hallar Nazirliyi də açıqlama yayıb. Məlumatda bildirilir ki, 8 oktyabrda Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir. Hadisə ilə əlaqədar Qazaxıstan Daxili İşlər Nazirliyinə, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Türkmənistan Müdafiə Nazirliyinə Fövqəladə Hallar Nazirliyi tərəfindən müraciət olunub. Həmçinin, xilas olunmuş 3 nəfər balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub. Axtarışlar nəticəsində “ABA1074” seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

 

Qeyri rəsmi məlumat:

Rəhimə deyir ki, bu prosesdə adı çəkilən balıqçılar danışmaq istəmirlər.

 “Balıqçılar deyir ki, onlara qayığı Seyidağa verib. Seyidağa isə deyir ki, mən onlara lisenziya vermişəm.  Seyidağadan soruşmaq lazım idi ki, bu adamın sürücülük vəsiqəsi omaya - olmaya niyə ona isenziya verib?”.

 

Daha bir müəmma:

Rəhimə danışır ki, həmin gün Vurğunu tanıyan qonşusu Alxas Pinəliyev Adili dənizə çıxarkən görüb. Adil ondan benzin istəyib. Adil ifadəsində deyib ki, benzini səhərə yaxın alıb. Sonrakı ifadəsində isə deyib ki, Alxasdan benzin alanda özündə 600 litr benzini olub və ondan 65 litr əlavə benzin alıb. Əgər benzini var idisə, bunu niyə alırdı. İkincisi, sən 600 litr benzinlə niyə Xaçmaza gedib çıxrsan ki? İndi deyir ki, benzin qurtardı və külək bizi gətirdi Xaçmaza...

 

Vurğun Quliyevin ailəsindən bildirilir ki, balıqçıları gəmiyə götürənlərin dediyinə görə, hadisə  gecə saat 1-ə 5 dəqiqə qalmış baş verib.

 

“Sonra onları Türkana aparıb, orada ifadələrini alıblar. Hadisədən 2 gün sonra heç bir balıqçı evlərinə gəlməyib. Adil, ümumiyyətlə Nefçalaya gəlmir. Oktyabrın 15-də onu zorla ifadə verməyə gətiriblər. Orda da yalandan deyib ki, özünü pis edir.

Rəhimə deyir ki, çox sadə bir məntiq var ki, əgər 4 nəfər balığa gedibsə və qəza zamanı yoldaşlarından biri qəza nəticəsində itkin düşürsə, ən azı qalan balıqçılar zərər görən ailəyə gəlib, heç olmasa hadisə barədə danışmalı, ailəyə təsəlli verməyə çalışmalıdır. Amma burda bu məsələ baş vermir. Haqlı olaraq sual yaranır, nəyə görə 3 balıqçı ailə ilə üz-üzə gəlməkdən çəkinir...

Qəzaya düşən balıqçıları tanıyan başqa bir gəmi sahibi ifadəsində deyib ki, qəzaya düşən balıqçıları onlar götürüb. Qayıdanda isə FHN-nin gəmisi ilə rastlaşıblar. Fövqaladə Hallardan  isə deyirlər ki, balıqçıları onların gəmisi qurtarıb. Su Polisi isə deyir ki, balıqçıları götürən həmin gəmini onlar hadisə yerinə göndəriblər. Həmin gəmidə olan və Vurğunu tanıyan yerlisi isə deyir ki, onları heç kəs göndərməyib, təsadüfən rastlaşıblar. 

Rəhimə deyir ki, Fövqaladə Hallar Nazirliyinin məlumatında deyilib ki, balıqçıların 3-2 xilas olundu, birinin meyiti gəlir. Həmin məlumatdan sonra meyitdən xəbər olmadı. O zaman meyit harda idi, varsa niyə saxlayırlar?. Saxlayırlarsa, demək, xəsarəti var və bunu ört-basdır etmək üçün vaxtı uzadırlar.

 

Cavabsız suallar

“Həmin gün biz bir neçə dəfə 102-yə zəng vurmuşuq. Amma deyirlər ki, sizin heç bir zəng qeydə alınmayıb. Yəni sistemdə nömrə yoxdur. Nəyə görə, zənglərimiz qeydə alınmayıb, yaxud silinib?

Yaxud, kater Xaçmazdan çıxır, Fövqaladə Hallardan isə məlumat verirlər ki, biz kateri hadisə yerindən götürmüşük. Bu necə olur? Yaxud,  biz Aqili zorla tapıb vertalyotla hadisə yerini göstərməsi üçün dənizə göndərmək istəyirik. O, deyir ki, çata bilməyəcək.  1 saat sonra onunla əlaqə saxlayanda deyir ki, vertalyota çatmayıb. Vertalyota zəng vuranda isə ordan deyirlər Aqili gözləyirik...  Niyə Aqil hadisə yerinə getməkdən çəkinirdi, burda nə var. Ya onu Seyidağa çəkindirir, ya da başqa şübhəli məqamlar var.

 

Niyə Seyidağa sürücülük vəsiqəsi olmayan bir adama qanunsuz lisenziya verir. Niyə Seyidağa Aqili “gizlədir”. Niyə Bakıya Speys-ə müsahibəyə gələndə,  Aqil Rəhimənin Bakıya gəlib onu izləyir. Amma Speysdə ondan müsahibə almaq istəyən jurnalistə yataqda xəstə yatdığını deyir.

 

Rəhimə birinci növbədə atasının guya qorxuya düşərək panik vəziyyətdə özünü suya ataraq boğulması ilə bağlı verilən ifadələrə inanmır. Deyir ki, bu hadisənin araşdırılmasına ehtiyac var. Bu məqsədlə də, onalar məhkəməyə, rayon polisinə müraciət etsələr də, iş icraata götürülmür. İddia edirlər ki, bu işdə əli olan bir qrup əlbir olaraq oratada olan cinayətin üstünü ört-basdır etməyə çalışır.

 

Amma cinayətin,  yaxud intiharın baş verib-vermədiyini ortaya çıxarmaq üçün mütləq şəkildə istintaq orqanaları, eləcə də su polisi və hadisədə adı çəkilən şəxslər dindirilməklə istintaq aparılmalıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

ALIYEV CABBAR: "713-lə Laçına doğru"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQ

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Araz Əlizadə yenə özünü ifşa etdi

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ