AXCP sədrindən uşaq pulunun verilməsinə qarşı çıxanlara cavab

16:35 30-10-2019 | icon 128 | Siyasət
AXCP sədrindən uşaq pulunun verilməsinə qarşı çıxanlara cavab

Razi Nurullayev: "Elə sizin kimi məsuliyyətsiz məmurlar Əli Kərimli kimi avantürüstlərə meydan verir"

 

"Deputat Hadı Rəcəbli yenə də uşaq pulunun verilməsinə qarşı çıxıb. O, Azərbaycanı Çinlə müqayisə edib. Deyib ki, Çində valideynlər doğulan uşaqlara görə hökumətə vergi ödəyirlər".

 

Versus.Az-ın məlumatına görə, bu sözləri Avropa ölkələrini araşdırıb nə qədər uşaq pulu verildiyini öyrənən AXCP sədri Razi Nurullayev deyib:

 

"Birincisi, iki uşaqdan artıq doğulan uşaqlara görə bu vergi ödənilir. Səbəb isə əhali artımının qarşısını almaqdır. Çünki Çinin əhalisi 2019-cu il üzrə 1 milyard 417 milyon nəfər təşkil edir. Uşaqpulunun verilməsinə qarşı çıxmaq düşmənçilikdir. Uşaqlar ən azı 6 yaşına kimi yaxşı qidalanmalıdır ki, boyu uzansın, bədən üzvləri sağlam olsun və beyni də dürüst işləsin. Bəs Qarabağı kim azad edəcək? Xaricdə kef çəkən məmur övladları?"

 

Hadı Rəcəbli və onun kimi düşünənlərin xalqa, inkişafa və demoqrafiyaya qarşı çıxdığını bildirən Razi Nurullayev vurğulayıb ki, Prezident dəfələrlə demoqrafik inkişafın, yəni əhalinin sayının artmasına müsbət yanaşıb və bununla bağlı daha çox işlərin görülməsinə çağırış edib:

 

"Əgər xalqın artmasının və yaxşı yaşamasının əleyhinəsinizsə, niyə o zaman 10 milyonuncu vətəndaşın doğulmasını bayram edir və tərfilər yağdırırdınız? Mən 10 milyonuncu vətəndaşın doğulmasını bayram etmədim və dedim ki, o, problemlərin, çətinliyin və məşəqqətli həyatın içinə doğulur. Nəyi bayram edirdiniz? Elə sizin kimi məsuliyyətsiz danışan, xalqda qıcıq doğuran məmurlardır ki, Əli Kərimli kimi avantürüstlərə meydan verir ki, aparılan islahatların qarşısına təkər firlatsın və xalqı küçələrə çağırsın. Niyə imkan vermək istəmirsiniz ki, bu xalqın normal yaşayışı üçün addımlar atılsın?"

 

AXCP sədri Avropanı bəyənməyənlərin diqqətinə həmin ölkələrdən bir neçə misal da göstərib:

 

"Belçikada birinci uşaq aylıq 77 avro, ikinci uşaq 219 avro, 3-cü uşaq isə 432 avro, 3-cü uşaqdan sonra hər biri üçün 212 avro vəsait verilir.

Danimarkada 3 yaşa qədər 145 avro, 3-7 yaş arası 131 avro, 7-18 yaş arası isə 103 avro ödənilir.

Almaniyada 18 yaşa qədər 1-cu uşaq 194 avro, 2-ci 194 avro, 3-cü 200 avro və əlavə hər uşaq üçün 225 avro verilir.

Yunanıstanda 1-ci uşaq 5.87 avro, 2-ci 18 avro, 3-cü 40 avro və 4-cü 48 avro alır.

Fransada 1-ci uşağa aylıq pul verilmir. Amma doğuma görə 1000 avro verilir.

 

Ümumiyyətlə qeyd etmək laızmdır ki, adı çəkilən və çəkiləcək bütün ölkələrdə doğum zamanı valideynlərə 1000 avrodan 4000 avroya qədər vəsaitlər ödənlir.

 

Fransada 2-ci uşağa 120 avro, 3-cü uşağa 274 avro, 4-cü uşağa 428 avro, 5-ci uşağa 582 avro və hər əlavə uşağa 154 avro verilir.

İrlandiyada 1-ci uşağa aylıq 140 avro, 2-ci uşağa 280 avro, 3-cü uşağa 420 avro, əkizlərə aylıq vəsaitin 1 yarım misli qədər, üçəm və dördəmlərə isə aylığın iki misli qədər verilir.

İslandiyada 1-ci uşağa (tam ailə) aylıq 115 avro, 2 və daha çox uşaqlara (tam ailə) 137 avro, 1 uşaq (tək valideyn) 191 avro və 2 və daha çox uşaq (tək valideyn) 196 avro ödənilir.

İtaliyada illik gəliri 11,422 avro olan ailələrə hər uşağa görə 250 avro, illik gəliri 27,693 avro ilə 30,403 avro olan ailələrə 38 avro, illik gəlirləri 43, 692 avro və yuxarı olan ailələrə isə heç bir ödəniş olunmur.

Luksemburqda 6 yaşa qədər hər uşağa 265 avro, 6-11 yaş arası 285 avro və 12 yaş və yuxarı isə 315 avro ödənilir.

Niderlandda 6 yaşa qədər 58 avro, 6-11 yaş arası 70 avro və 12-17 yaş arası isə 82 avro ödənilir.

Norveçdə isə 1995-ci ilin 1 yanvarından sonra doğulan hər uşağa 129 avro və daha şimal bölgələrdə yaşayanlara isə həm də əlavə olaraq 42 avro ödənilir.

Avstriyada 3 yaşa qədər 105 avro, 1-ci uşaq 3-9 yaş arası 112 avro, 1-ci uşaq 10-18 yaş arası 130 avro, 1-ci uşaq 19 və yuxarı 152 avro, 2-ci uşaq isə 13 avro, hər əlavə uşaq isə 25 avro.

Finlandiyada 1-ci uşaq 100 avro, 2-ci uşaq 110 avro, 3-cü uşaq 131 avro, əlavə hər uşaq 151 avro.

İsveçdə 1-ci uşaq 118 avro, 2-ci uşaq 249 avro, 3-cü uşaq 421 avro, 4-cü uşaq 634 avro, 5-ci uşaq 869 avro və 6-cı uşaq isə 1104 avro alır.

Böyük Britaniyada 1-ci uşaq 16 yaşa kimi 105 avro, 16 yaşa qədər başqa uşaqlar isə 70 avro ödəniş alır.

Lixtenşteyndə 1-ci uşaq 215 avro, əkizlər və 3-dən yuxarı uşaqlar 260 avro, 10 yaş və yuxarı hər uşaq isə 260 avro verilir.

İspaniyada 18 yaşa qədər əlil olmayan uşaqlar aylıq 24 avro, əlil olanlar isə 48 avro uşaq pulu alır. Əlillik dərəcəsi 75% olan uşaqlar 18 yaşa qədər əlavə olaraq 381 avro əlillik pulu, 65% əlilliyi olanlar isə 260 avro əlillik pulu alır.

İsveçrədə 16 yaşa qədər 165 avrodan 330 avroya qədər, təhsilə kömək üçünsə hər uşaq üçün 210 avrodan 440 avroya qədər əlavə vəsait ödənilir.

Nəhayət, Polşada isə 18 yaşa qədər uşaqlar aylıq 120 avro vəsait alır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Qadının ən gizli orqanının sirri açıldı

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

Yatanda ayaqların arasına yastıq qoyun

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

Onu ömürlük həbs cəzası gözləyə bilər

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”