Pulsuz plastik kart qazanmaq şansı

11:43 31-10-2019 | icon 57 | İqtisadiyyat
Pulsuz plastik kart qazanmaq şansı

Nağdsız ödənişlərin təşviqatı üzrə daim maarifləndirici və həvəsləndirici layihələri ilə seçilən Expressbank yenidən müştərilərini sevindirməyə tələsir.

 

Expressbank Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə keçiriləcək “Nağdsız Cəmiyyət Günləri” layihəsinə qoşulmuşdur. Layihə çərçivəsində Expressbank “Nağdsız ödəyən qazanır!” stimullaşdırıcı kampaniyasınıı keçirəcək. Bu kampaniya hesab.az online ödəmələr portalının istifadəçilərinə Expressbank-dan pulsuz Expresso plastik kartı qazanmaq imkanını yaradır.

 

Belə ki, 31 oktyabr – 7 noyabr tarixlərində hesab.az ödəniş portalının istifadəçiləri 10000 bonus müqabilində Expressbank-dan pulsuz və ilkin mədaxil tələbi olmayan 1 il müddətinə 1 ədəd Expresso kartı sifariş edə biləcəklər.

 

Expresso – əlavə gəlir gətirən və təmassız ödəniş imkanı yaradan debet kartıdır. Karta yerləşdirilən vəsaitə görə illik 3% gəlir əldə etmək mümkündür. Həmçinin, tərəfdaş satış nöqtələrində kartla alış-veriş edərkən xərclənən məbləğdən 30%-dək cashback, qeyri-tərəfdaş satış nöqtələrində isə 0,3% cashback qazanmaq imkanı yaradır.

 

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

ALIYEV CABBAR: "713-lə Laçına doğru"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQ

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Araz Əlizadə yenə özünü ifşa etdi

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ