Azərbaycandan radikal qruplaşmalara qoşulan 400 nəfərdən artıq şəxsin vətəndaşlığı ləğv edilib

12:22 31-10-2019 | icon 36 | Siyasət
Azərbaycandan radikal qruplaşmalara qoşulan 400 nəfərdən artıq şəxsin vətəndaşlığı ləğv edilib

"Bəzi qadın və uşaqlar İraq və Suriyadakı düşərgələrdə saxlanılırlar, onların ölkəyə gətirilməsi üçün də işlər görülür"

 

Son iki ildə Azərbaycandan radikal qruplaşmalara qoşulma halları qeydə alınmayıb.

 

Versus.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

 

Onun sözlərinə görə, son illərdə həmin qruplaşmalardan kənarlaşmanın baş verdiyi müşahidə olunur.

S.Heydərov əlavə edib ki, 2011-ci ildən indiyədək belə qruplaşmalara qoşulanlardan 400 nəfərdən çoxunun vətəndaşlığı ləğv edilib:

"Həmin insanlar artıq Azərbaycana geri qayıda bilməzlər. 110-dan artıq şəxs məsuliyyətə cəlb edilib. Bu qruplaşmalara qoşulan digər şəxslərin də müəyyənləşdirilərək ölkəyə gətirilməsi istiqamətində aidiyyəti orqanlar tərəfindən iş aparılır. Hesablamalara görə, indiyədək 1000-dən çox şəxs bu radikal qruplaşmalara qoşulub. Onlardan 300 nəfərdən çoxunun ölməsi haqqında məlumatlar var. Amma digərləri müxtəlif ölkələrdə gizlənirlər. Eləcə də bəzi qadın və uşaqlar İraq və Suriyadakı düşərgələrdə saxlanılırlar. Onların ölkəyə gətirilməsi üçün də işlər görülür".

 

Komitə rəsmisi əlavə edib ki, valideynlərini itirmiş uşaqların ölkəyə gətirilməsi üçün daim işlər görülür, onların bir qismi artıq ölkəyə gətirilib. Hazırda himayəsiz uşaqların müəyyənləşdirilib ölkəyə gətirilməsi istiqamətində işlər davam edir:

"Orada Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar var, onların şəxsiyyətləri müəyyən edilir. Burada belə bir mürəkkəb məsələ var ki, bəzi uşaqların valideynləri müəyyənləşdirilməlidir. Azərbaycandan gedən qadınlar ərləri öldükdən sonra digər ölkələrin vətəndaşları ilə əlaqədə olaraq uşaq dünyaya gətiriblər. İndi onların da vətəndaşlıq məsələsi müəyyənləşdirilməlidir. Ona görə bu məsələ bir qədər mürəkkəbdir. Bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də var. Amma hazırda valideyn himayəsindən məhrum olan azyaşlıların müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində ciddi addımlar atılır”.

 

Versus.Az

Xəbər lenti

Xarici ali təhsil ixtisaslarının tanınması ilə bağlı sənəd qəbulu dayandırılır

Səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır

"Mənşəyi məlum olmayan dərmanlar və onların reklamlarına nəzarət edilməlidir"

Havanın temperaturu aşağı düşəcək

Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıldı

Deputatdan TƏKLİF

Təmas xəttində monitorinq keçirilib

Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq

"Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başlandı

Bu uşaqlara müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı

İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq

Meri Sabunçu sakinlərinin problemlərinin həlli istiqamətində tapşırıqlar verib

Azərbaycan UNESKO-nun Baş Konfransının 40-cı sessiyasının vitse-prezidenti seçilib

Bu gün Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Azərbaycanlı hakimə UEFA-dan təyinat

"Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır"

“Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” - KONFRANS

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Sevindik Nəsiboğlu görkəmli şərqşünasın 80 illiyinə şeir həsr etdi

Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi - FOTO