"Azərsu”da Almaniya “KfW Bank”ının nümayəndə heyəti ilə görüş

15:56 13-04-2018 | icon 178 | Sosial
"Azərsu”da Almaniya “KfW Bank”ının nümayəndə heyəti ilə görüş

Əhalinin sosial-məişət xidmətlərindən istifadəsi yaxşılaşdırılacaq

 

“Azərsu” ASC-də Azərbaycanda səfərdə olan Almaniya “KfW Bank”ının nümayəndə heyəti ilə görüş keçirilib.

 

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Versus.az-a verilən məlumata görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Almaniyanın “KfW Bank”ının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrində də iştirakını yüksək qiymətləndirib. Cəmiyyətin sədri “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, hazırda hər 2 şəhərdə su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər qrafikə uyğun davam etdirilir.

 

Almaniya “KfW Bank”ının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional inkişaf departamentinin rəisi Marion Kniş Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələrin növbəti mərhələsi üzrə işlərin intensiv qaydada davam etdirildiyindən məmnunluğunu bildirib. O, qeyd edib ki, içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması əhalinin sosial-məişət xidmətlərindən istifadəsini yaxşılaşdıracaq.

 

Görüşdə Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində indiyədək görülmüş işlər və gələcək planlar müzakirə edilib.

 

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.      

 

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Hazırda şəhərin digər mənbəyində Şəmkirçay su anbarı yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihə çərçivəsində su mənbələrindən Gəncə şəhərinə magistral su xətləri çəkilib, anbarlar tikilib. Hazırda şəhərdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.

 

Şəki şəhərini içməli su ilə təmin etmək üçün Kiş su mənbəyində sugötürücü qurğu tikilib, magistral xətlər və anbarlar inşa olunub. 135 km su, 132 km kanalizasiya şəbəkəsinin böyük hissəsi inşa edilib. Yeni tikilmiş şəbəkələrdən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Hər 2 şəhərdə tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə tullantı sutəmizləyici qurğuların tikintisi üzrə tender prosesi keçirilir.  Bu layihələr Gəncə və Şəki şəhərlərində 550 minədək sakinin sosial şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

“... O vaxt da müxalifət sevinirdi ki, Elçibəy devriləcək”

Aslan Aslanov: "Məni didərgin salan iqtidar deyil, müxalifətdir" - VİDEO

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

Qurban Məmmədov İqbal Ağazadənin iradını qəbul etdi

İqbal Ağazadə xalqı təbrik etdi

Bu nazirliyin səlahiyyətləri artırıldı

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

"Ona görə də insanları cəzalandırmaq qərarına gəldilər" - MÜSAHİBƏ

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

"Cinsi tarazlığın pozulması insan alverinə gətirib çıxarır"