SOCAR Antipinski NEZ-in idarəetmə səriştəsini təmin edəcək

13:58 31-10-2019 | icon 36 | İqtisadiyyat
SOCAR Antipinski NEZ-in idarəetmə səriştəsini təmin edəcək

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) lazımi prosedurları başa vuraraq, Rusiyada “SOCAR Enerqoresurs” MMC qrupunun minoritar iştirakçısı olub.

 

Versus.Az SOCAR-a istinadən xəbər verir ki, “SOCAR Enerqoresurs” MMC qrupu Antipinski Neft Emalı Zavodunu və Orenburq vilayətində 45 mln. ton təsdiqlənmiş neft ehtiyatı olan üç yatağın aktivlərini birləşdirir.

 

SOCAR-ın bu layihədə əsas rolu Antipinski NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarətdir. Bildirilib ki, sazişin strukturu baxımından SOCAR-ın Antipinski NEZ-də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risklər yaratmır.

 

Qeyd edək ki, illik ümumi emal gücü 7,5 mln. ton təşkil edən Antipinski neft emalı zavodunda dizel, vakuum qazoyl, nafta, benzin (A80 və A92), koks, texniki kükürd, texnoloji mazut və maye qaz istehsal olunur.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Qadının ən gizli orqanının sirri açıldı

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

Yatanda ayaqların arasına yastıq qoyun

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

Onu ömürlük həbs cəzası gözləyə bilər

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”