Mehriban Əliyeva Bakıdakı Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzində olub

18:29 31-10-2019 | icon 24 | Cəmiyyət
Mehriban Əliyeva Bakıdakı Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzində olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də paytaxtın Nərimanov rayonundakı “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini ziyarət edib.

 

Versus.Az xəbərverir ki, Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərir. Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla görüşüb, onların yaşayış şəraiti, göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olub.

 

İctimai Birliyin sədri Aytən Eynalova məlumat verib ki, burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olur.

 

“Birgə və Sağlam” İctimai Birliyi Azərbaycanda autizmspektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır. 2013-cü ildən fəaliyyət göstərən təşkilatın məqsədi autizmspektr pozğunluqları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir.

 

Qeyd olunub ki, hazırda Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır. 

Sonra Autizmli uşaqlar öz istedadlarını nümayiş etdiriblər.

 

Mərkəzin yetirməsi olan, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alan Əlisahib Bayramov da öz məharətini göstərib.

Uşaqlar Birinci vitse-prezidentə əl işlərindən ibarət hədiyyələr təqdim ediblər. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Deputat əlillər, təhsil və Qarabağ həqiqətlərindən danışdı, bir sıra təkliflər irəli sürdü

Onu ömürlük həbs cəzası gözləyə bilər

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Zərdaba yeni icra başçısı təyin edildi

"2020-ci il seçkiləri oğurlanır"

Yasamal rayonuna icra başçısı təyin edilib