70-ə yaxın çay təhlükəlidir

11:19 01-11-2019 | icon 26 | Cəmiyyət
70-ə yaxın çay təhlükəlidir

Azərbaycanda 150-dən çox sel olan çay qeydə alınıb ki, bunların da 67-si daha təhlükəli sayılır.

 

Versus.Az xəbər verir ki, bunu tədqiqatı aparmış Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

 

Onun sözlərinə görə, təhlükəli çayların 16-sı (Balakənçay, Katexçay, Talaçay, Muxaxçay, Qapıçay, Kürmükçay, Daşağılçay, Kişçay, Şinçay, Əlicançay, Türyünçay, Tikanılıçay, Ağçay, Bumçay, Dəmiraparançay, Həmzəliçay), 4-ü (Göyçay, Girdimançay, Ağsuçay, Pirsaat) Dağlıq Şirvanda, 12-si (Qusarçay, Quruçay, Qudyalçay, Ağçay, Qaraçay, Çaqaçuqçay, Vəlvələçay, Şabrançay, Dəvəçiçay, Gilgilçay, Ataçay, Tuğçay) Quba-Xaçmazda yerləşir.

 

Sel təhlükəsi çox olan çayların 12-si Naxçıvan Muxtar Respublikasının, 6-sı Gəncə-Qazax, 4-ü Laçın-Kəlbəcər, 6-sı Yuxarı Qarabağ, 5-i Lənkəran-Astara bölgəsinin, 2-si Abşeronun payına düşür.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Qadının ən gizli orqanının sirri açıldı

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

AXCP prezidentə müraciət etdi

Onu ömürlük həbs cəzası gözləyə bilər