Daha 250 ailə üçün meyvə bağları salınır

11:37 01-11-2019 | icon 20 | Cəmiyyət
Daha 250 ailə üçün meyvə bağları salınır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə icra etdiyi “Sosial bağlar” layihəsinin ikinci mərhələsi kimi, daha 250 ailə üçün meyvə bağları salınır.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihənin ilk mərhələsi kimi, ötən il 37 rayonda 125 aztəminatlı ailə üçün müasir meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılaraq onların istifadəsinə verilib. Layihənin ikinci mərhələsində bundan iki dəfə çox olmaqla, cari ildə 250 ailə intensiv meyvə bağlarına sahib olacaq.

 

Bunun üçün hazırda müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik 195 ha torpaq sahəsinin şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilməsi, 143 minə yaxın müxtəlif məhsuldar meyvə tinglərinin əkilməsi, sahələrdə müasir damlama suvarma sistemlərinin quraşdırılması, təsərrüfatların mineral və üzvü gübrələrlə təmin edilməsi işləri aparılır. 22 hektardan çox ərazinin köhnə ağac və kötüklərdən, kollardan təmizlənməsi, 25 min metrdən çox məsafədə dayaqların basdırılması və çəpər çəkilməsi də görülən işlər sırasındadır.

 

Həmçinin suvarma sistemlərinin elektrik təchizatı üçün 9 min metrdən çox məsafədə elektrik dayaqlarının basdırılması, xətlərin çəkilməsi, sayğacların quraşdırılması, suvarma suyuna ehtiyacı olan sahələrin su təminatı üçün 6,2 min metrdən çox məsafədən plastik borularla suyun sahələrə gətirilməsi və s. nəzərdə tutulub.

 

Bağ təsərrüfatlarının suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili istqamətlərində də ailələrə dəstək göstərilməsi təmin olunacaq.

 

“Sosial bağlar” layihəsi daha 250 aztəminatlı ailənin özünüməşğulluğu və kiçik ailə biznesinə keçidinin təmin edilməsinə, eyni zamanda, yeni bağçılıq sahələrinin yaradılması ilə qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına öz dəstəyini verməkdədir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

ALIYEV CABBAR: "713-lə Laçına doğru"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQ

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Araz Əlizadə yenə özünü ifşa etdi

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ