“Özümüzü reklam etmirdik”

16:33 13-04-2018 | icon 113 | KİV
“Özümüzü reklam etmirdik”

ATƏT müşahidəçilərinə etiraz edən jurnalistlər danışdılar

 

Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT-in müşahidə missiyasının Bakıdakı mətbuat konfransında qalmaqal baş verib. Missiyanın üzvləri seçkidə guya baş vermiş pozuntular barədə danışmağa başlayıblar. Bu isə bir qrup jurnalistin etirazına səbəb olub və onlar yerindən qalxaraq, kəskin etirazlarını bildirib.

 

Həmin jurnalistlər missiyanın üzvlərindən hesabatlarını dəyişməyi tələb ediblər. Hadisənin əks olunduğu video sosial şəbəkələrdə  baxış sayına görə demək olar ki, rekord vurub.

ATƏT-in müşahidə missiyasının rəyinə etiraz edən jurnalistlər bu durumu necə qiymətləndirirlər?


Versus. az
xəbər verir ki, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Modern.az saytına bildirib ki, ATƏT-in müşahidə missiyasının mətbuat konfransında yalnız jurnalist deyil, həm də vətəndaş mövqeyini sərgiləyib:


“Orada mən yox, siz də olsaydınız həmin reaksiyanı göstərməli, həmin mövqedən çıxış etməli idiniz. Çünki  ATƏT və AŞPA müşahidə missiyalarının seçkilərlə bağlı səsləndirdiyi fikirlər ilk növbədə qərəzli, ağ yalan, böhtan və həmçinin təxribat xarakterli idi. Onların çıxışları zamanı qurduqları ilk üç cümlə artıq seçkilər haqqında mənfi rəy formalaşdırırdı. Açığı, sona qədər rəylərinin bildirməsini gözləsəm də, özümlə bacara bilmədim. “Seçici hüquqlarının məhdudlaşdırılması, internet azadlığının, namizədlər arasında bərabər rəqabətin olmaması” kimi cümlələr artıq dözülməzlik həddi yaratdı. Sözsüz ki, yalnız jurnalist deyil, vətəndaş kimi də öz mövqeyimi ortaya qoydum. Düşündüm ki, bu, Azərbaycan xalqının iradəsinə qarşı olan rəydir  və reallığı əks etdirmir”.

B.Quliyev qeyd edib ki, video yayılandan sonra sosial şəbəkələr vasitəsilə yüzlərlə şəxs onunla əlaqə yaradıb: 

“Birbaşa özümə zəng edib, məni görüb minnətdarlıq edənlər çox idi. Onlar bildirirlər ki, siz xalqın sözünü çatdırdınız, bizim etmək istədiyimizi etdiniz. Hesab edirəm ki, Azərbaycan xalqının nümayəndəsi kimi öz vətəndaşlıq borcumu yerinə yetirdim. Və bu da çox yaxşı qəbul olundu.
Bununla yanaşı, əks fikir bildirən insanlar da oldu. Amma nnlar daim Azərbaycan xalqını təhqir edən qüvvələrdir. Yalnız trolluqla məşğuldurlar. O cümlədən xaricdə oturan və eyni missiyanı yerinə yetirən bir neçə  şəxslərdən də bizə təhqirlər yazıldı. Buna baxmayaraq  xalqın əksəriyyəti çıxışımızdan razıdır və öz fikirlərini də ifadə ediblər”.

 

"Səs" qəzetinin baş redaktoru  deyib ki, bununla özünü reklam etmək fikri yoxdur:


“Nə də bunun tərəfdarıyam. Sadəcə olaraq insanlar  bilsinlər ki, ATƏT, AŞPA tərəfindən xalqımıza qarşı bu cür təhqirlər mövcuddur. Mənim üçün videonun paylaşılması və ya kiminsə ona rəy verməsi bir o qədər də önəmli deyil. Lazimi məqamda təkcə Bəhruz Quliyev deyil, bütün vətəndaşların doğru mövqeyi ortaya qoymağı daha əhəmiyyətlidir. Bunu da reklam , antireklam və ya nəyinsə  xatirinə etmədim”.

“Xalq” qəzetinin əməkdaşı Əliqismət Bədəlov deyib ki,ATƏT və AŞPA hər zaman Azərbaycana qarşı qərəzli olublar:

 

“Biz bunu ötən prezident seçkilərində də gördük. İnsafən demək lazımdır ki, 2018-ci il aprel seçkiləri bu vaxta qədər keçirilən seçkilərdən fərqlənib. Çünki ilk növbədə seçici fəallığı müşahidə edilirdi. Mən şəxsən bir neçə seçki məntəqələrində oldum və beynəlxalq müşahidəçilərlə görüşdüm. Onlar da seçicilərin növbəyə durma faktını qeyd etdilər. Amma ATƏT və AŞPA-nın müşahidə missiyasının verdiyi hesabat məndə böyük  təəccüb yaratdı. Niyə bütün  beynəlxalq müşahidəçilər seçki şəffalığından danışdı, amma bunlar bu cür rəy  verdilər?  ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar, xanım Nilza de Sena dedi ki, müşahidəçi missiyasının rəhbəri vaxtı olmadığına görə konfransa gəlməyib. O şəxs  sadəcə olaraq  xəcalətindən gəlməmişdi. Təbii ki, olmayan faktları deyəcəyini və buna görə də xəcalət çəkəcəyini bilirdi. Nilza de Sena heç hesabatı üzündə oxuya bilmirdi, bunu özünə də dedim”.

 

Əliqismət Bədəlovun sözlərinə görə, etirazın əks olunduğu videonun paylaşılması alqışlanan haldır:

 

“Sosial şəbəkələrdə çıxışlarımızın olduğu videonu kimsə paylaşmışdı. Nə məqsədlə paylaşılmışdı, onu deyə bilmərəm. Amma videoya 80 min baxış olub və hər kəs də bunu bəyənib. Deməli bu, mənim dediklərimə dəstəkdir. Videonun paylaşılmasını alqışlayıram. Qoy xalq bilsin ki, bizim demokratik, sivil dövlətimizə qarşı kimsə qərəzli münasibət bildirirsə, onun cavabını yerindəcə verməliyik. Bu bizim vətənpərvərliyimiz və təəssübkeşliyimizdir”.

 

“Lider” TV-nin əməkdaşı Sahil İsgəndərov bildirib ki, adı çəkilən qurumlar hər zaman eyni mövqe nümayiş etdiriblər:

 

“Açığı, sosial şəbəkələrdə videonun müzakirəsi və ya baxış sayı- belə şeyləri izləmirəm. Əsas mənim üçün öz mövqeyimdir. Yəqin ki, hansı  qüvvələrin çıxışımızın əleyhinə olduğu aydın məsələdir. Yalnız məni hiddətləndirən əsas məsələlərdən söz aça bilərəm. Ötən seçkilərdə də  onların ədalətsiz  hesabatlarına görə başlarına od ələyən, biabır edən də mən olmuşam. Düzdür iş yerində, müəyyən dostlardan, yoldaşlardan zənglər gəlir, dəstəkləyirlər. Amma  bununla bağlı mənə qarşı konkret mənfi mövqe bildirən olmayıb.

Çox maraqlıdır ki, bu qurumların mövqeyi heç zaman dəyişməyib. Mən 5 il, 10 il bundan qabaq da, bu gün də müşahidə edirəm. Müşahidə missiyası üzvlərinin hesabatı oxumaqlarından hiss olunurdu ki, onların ümumiyyətlə hesabatdan xəbərləri yoxdur. Hesabat hazır yazılıb və bunlara verilib ki, konfransda təqdim etsinlər. Eyni rəqəmlər, eyni sözlər... Əgər dünən biz seçkilərlə bağlı onların rəylərinə etiraz etməsəydik, hesabatı bitirən kimi əvvəlcədən müəyyən etdikləri 3-4 nəfər konkret adama sual vermək üçün imkan verəcəkdilər və yekun olaraq  mənfi rəy yaradacaqdılar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Növbəti plenar iclasda bu məsələlər müzakirə olunacaq - SİYAHI

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”

“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışdılar