Avrasiya-2019 beynəlxalq meyvə və tərəvəz istehsalçılarının forumu keçirilib

11:45 01-11-2019 | icon 50 | İqtisadiyyat
Avrasiya-2019 beynəlxalq meyvə və tərəvəz istehsalçılarının forumu keçirilib

Yerli meyvə və tərəvəz istehsalçılarının beynəlxalq bazara çıxışını dəstəkləmək məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) və USAİD-in birgə təşkilatçılığı, “Coca-Cola” şirkətinin dəstəyi ilə SGF International e.V. (SGF) və Beynəlxalq Meyvə və Tərəvəz Şirələri Birliyinin (IFU) AVRASİYA Forumu keçirildi. Sayca dördüncü dəfə keçirilən forum bundan əvvəl 2016-cı ildə Latın Amerikası, 2017-ci ildə Asiya və 2018-ci ildə Afrika qitələrində təşkil edilib. “AVRASİYA 2019” Forumunun iştirakçılarını Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin Müavini Rüfət Məmmədov və USAİD Azərbaycan Missiyasının rəhbəri Cey Sinqx salamlayaraq tədbirin meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün beynəlxalq bazara çıxış əldə etməsi, xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması üçün çox önəmli bir platforma olduğunu vurğuladılar.

 

“AVRASİYA 2019” Forumunun Azərbaycanda keçirilməsi ölkənin aqrar sektoru üçün önəmli hadisədir. Forum öz məhsullarını ixrac etmək üçün beynəlxalq bazara, xüsusilə də Avropa bazarını hədəfləyənlərə beynəlxalq meyvə və tərəvəz istehsalı standartları haqqında məlumat əldə etmək üçün unikal bir fürsətdir. Ümid edirik ki, bu tədbirdən sonra ölkəmizin meyvə şirələri istehsalçıları, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün xarici bazarlara çıxış üçün yeni imkanlar açılacaq”,- deyə AmCham Azərbaycan təşkilatının İcraçı Direktoru Natavan Məmmədova vurğuladı.

 

SGF təşkilatının Baş Katibi Aleksandra Heinerman və Beynəlxalq Meyvə və Tərəvəz Şirələri Birliyinin (İFU) Prezidenti Dirk Lansbergen “AVRASİYA Forumu”nun Azərbaycanda keçirilməsindən çox məmnun olduqlarını bildirdilər. 1974-cü ildə yaranan SGF təşkilatının meyvə şirələri istehsalçıları üzvlərinin könüllü nəzarət funksiyasını yerinə yetirdiyi qeyd edildi. 1949-cu ildə əsası qoyulmuş İFU isə dünya meyvə şirələri istehsalçıları, milli istehsalçılar assosiasiyalarından ibarət beynəlxalq təşkilat olmaqla üzvlərini Codex Alimentarius və digər beynəlxalq qurumlarda təmsil edir. SGF və İFU təşkilatları Azərbaycan istehsalçıları üçün də açıq olduqlarını vurğulayaraq, yerli istehsalçıları təşkilata üzv olmağa dəvət etdilər.

 

50-yədək yerli istehsalçı və sahibkarın qatıldığı Forum beynəlxalq məruzəçilərin təqdimatları, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədarük və Təchizat birliyinin sədrinin çıxışları ilə yekunlaşdı.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Paşinyan yenə sərsəmlədi və...

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

AXCP prezidentə müraciət etdi

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq