Marşrutlarda gediş haqqının dəyişməsi ilə bağlı SON RƏSMİ AÇIQLAMA

13:40 01-11-2019 | icon 41 | Gündəm
Marşrutlarda gediş haqqının dəyişməsi ilə bağlı SON RƏSMİ AÇIQLAMA

Bu ilin sonuna kimi Bakıda şəhərdaxili marşrut xətləri üzrə hərəkət edən bütün avtobusların kart sisteminə keçməsi planlaşdırılır.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

 

Onun sözlərinə görə, qurum hazırda bu istiqamətdə işləri davam etdirir:

"Hazırda bu istiqamətdə işlər aparılır. Marşrut avtobuslarının hamısı kart sisteminə keçəndən sonra gediş haqlarında da dəyişiklik ola bilər. Yəni çalışacağıq ki, marşrut avtobuslarında gediş haqqı ayrı-ayrı vaxtlarda müxtəlif qiymətlərə olsun. Bu, həm də pik saatlarda sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır. Səhər pik saatlarında gediş haqqı qiymətləri ayrı ola bilər, adi vaxtlarda başqa. Bunun üçün aylıq ödəmə kartları da ola bilər. Bu proses bəzi ölkələrdə mövcuddur".

 

M.Ağayev bildirib ki, bu məsələyə bütün marşrutlar kart sisteminə keçəndən sonra baxıla bilər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Qadının ən gizli orqanının sirri açıldı

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

Yatanda ayaqların arasına yastıq qoyun

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

Onu ömürlük həbs cəzası gözləyə bilər

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”