Zeynalabdin Tağıyevin kötükcəsi Klod nəsli ilə bağlı araşdırmalar üçün Şərqşünaslıq İnstitutunda olub

17:20 01-11-2019 | icon 28 | Mədəniyyət
Zeynalabdin Tağıyevin kötükcəsi Klod nəsli ilə bağlı araşdırmalar üçün Şərqşünaslıq İnstitutunda olub

Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötükcəsi Alban Klod noyabrın 1-də AMEA Şərqşünaslıq İnstitutunda olub.

 

İnstitutdan verilən məlumata görə, A.Klod Şərqşünaslıq İnstitutununu direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Şərqşünaslıq İnstiturunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi və AMEA Tarix institutununu aparıcı elmi içisi. tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova iştirak ediblər.

 

A.Klod Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir. O, həmçinin ana tərəfdən Qacar hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas Mirzənin oğlu Bəhmən Mirzənin, eləcə də görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun nəslindəndir.

 

Görüşdə Hacı Zeynalabdin Tağıyevin xalqımız üçün gördüyü işlərdən, onun və ailəsinin acı taleyindən, həmçinin A.Klodun nəsillərini davam etdirdiyi digər görkəmli şəxsiyyətlərimizdən söhbət aparılıb.

 

A.Klod özü Fransada yaşayır və orada tarix üzrə təhsil alıb. Görüşdə ona Hacı Zeynalabdin Tağıyev, eləcə də Qacarlar barədə elmi araşdırmalar aparması tövsiyə olunub. Bildirilib ki, Qacarlarla bağlı tədqiqatların aparılmasında məhz Şərqşünaslıq İnstitutunun ona böyük dəstəyi ola bilər. Ümumiyyətlə, Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq hər iki tərəfə faydalı ola bilər.

 

Şərqşünaslıq İnstitutunda görüşdən çox məmnun qaldığını bildirən A.Klod gələcək tədqiqatlarında şərqşünas alimlərdən dəstək ala biləcəyinə görə çox sevindiyini qeyd edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Yaraları sağaldır, qanaxmanı dayandırır

Quru öskürəyə qarşı kokteyl

Gənc oğlanın qulağından “hamam böcəyi ailəsi” çıxdı

Deputat cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində  təkliflərlə çıxış edib /VİDEO/

Deputat əlillər, təhsil və Qarabağ həqiqətlərindən danışdı, bir sıra təkliflər irəli sürdü

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ