BDU-nun 100 illiyi  LDU-da qeyd edilib

13:37 02-11-2019 | icon 153 | Təhsil
BDU-nun 100 illiyi  LDU-da qeyd edilib

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley tədbirləri  çərçivəsində universitetin rektoru Elçin Babayev başda olmaqla, BDU-nun nümayəndə heyəti Lənkəran Dövlət Universitetində olub.

 

Bu barədə Versus.Az-a Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib.

 

Məlumatda bildirilir ki, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla qonaqların görüşü səmimi və işgüzarlıq şəraitində keçib. Diskussiya zamanı Natiq İbrahimov əlamətdar yubiley münasibətilə BDU-nun bütün kollektivini, professor-müəllim-tələbə heyətini ürəkdən təbrik edib. Bildirib ki, ölkədə təhsilin və elmin inkişafına verdiyi böyük töhfələrə, Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə Ümummilli lider H.Əliyev “Bakı Dövlət Universitetini Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.

 

LDU rəsmisi onu da qeyd edib ki, Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli qərarı ilə BDU-nun Lənkəran filialı kimi açılmış, Nazirlər Kabinetinin  1992-ci il 23 iyun tarixli sərəncamı ilə dövlət statuslu ali məktəb kimi fəaliyyətə başlamışdır. N.İbrahimov Lənkəran Dövlət Universitetində son illərdə görülən işlər, təhsilin yenilənməsi istiqamətində atılan addımlar barədə də qonaqlara ətraflı məlumat verib.

 

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” prinsipinə  uyğun olaraq, BDU-dan gələn qonaqlara  LDU-da görülən işlərlə əyani tanış olmaq imkanı yaradılıb.

LDU ilə tanışlıq  turizm-tədris-təcrübə bazasından başlanıb. BDU-nun rektoru Elçin Babayev, prorektorlar Aydın Kazımzadə, Əliş Ağamirzəyev, Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, Kimya fakültəsinin dekan müavini Elvin Məlikov, Kadrlar şöbəsinin müdiri Nəzakət İsayeva sahilboyu ərazidə yerləşən bazada yaradılan şəraitdən razı qaldıqlarını dilə gətiriblər. Otelin həyətində Bakı Dövlət Universitetinin 100 illk yubileyi şərəfinə xatirə olaraq dekorativ həmişəyaşıl ağaclar əkilib.

 

LDU-nun tədris-təcrübə sahəsi, çay və sitrus plantasiyası,yeni tədris korpusları, tələbə yataqxanası, modern laboratoriyaları, müəllimlər üçün inşa olunmuş xidməti mənzillər, tələbə yeməkxanası və s.ilə  tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. BDU müəllimlərinin keçdiyi ustad dərsləri tələbələr tərəfindən maraqla qarşılanıb.

 

Lənkəran Dövlət Universiteti ilə tanışlıq Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş konfransla yekunlaşıb. Konfransı giriş sözü ilə LDU rəsmisi professor Natiq İbrahimov açıb və BDU-nun ölkənin mədəni həyatında oynadığı böyük roldan, ölkədə elm və təhsilin inkişafı naminə gördüyü işlərdən, LDU ilə əlaqələrindən danışıb.

 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bölgədə yerləşən bir universitetdə gördüklərindən məmnunluğunu ifadə edib,son illərdə görülən işləri yüksək dəyərləndirib. Elçin Babayev konfrans iştirakçılarına BDU-da başlanan yeni islahat dalğasından, görüləcək işlərdən,gələcək planlardan danışıb,ölkə başçısının, bütün xalqın BDU-ya bəslədiyi inam və etimadı doğrultmaq üçün var gücləri ilə çalışacaqlarını deyib.

 

Konfransda BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə,sosial məsələlər,tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, BDU-nun LDU-da çalışan məzun və doktorantlarından universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən  İdrak Əsgərov, baş müəllim Gülbəniz Qədirova çıxış ediblər. Çıxışlarda yubiley arzuları, təbrikləri dilə gətirilib, hər iki ali təhsil ocağında görülmüş işlərdən, gələcək perspektivlərdən söz açılıb.

 

Tədbirin sonunda Natiq İbrahimov BDU-nun rektoru Elçin Babayevə kollektiv adından Lənkəranın rəmzi sayılan Xan evinin rəsmini hədiyyə edib.

 

Elçin Babayevin hədiyyəsi isə Qarabağ xalçalarının milli ornamentləri əks edilmiş tablo olub.

 

Sonda xatirə şəkilləri çəkilib.

 

Ağanisə Sultan
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

ALIYEV CABBAR: "713-lə Laçına doğru"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQ

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Araz Əlizadə yenə özünü ifşa etdi

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ