"Millət vəkili cəfəngiyyat danışıb"

15:13 03-11-2019 | icon 185 | Siyasət
"Millət vəkili cəfəngiyyat danışıb"

Əlisahib Hüseynov: "Araz Əlizadə Azərbaycan-Türkiyə qardaşlığı siyasətinə zidd çıxır"

 

"Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin İTV-də yayımlanan "3D" proqramının qonağı olarkən Osmanlı (türk) ordusu barədə, Nuru Paşa haqqında səsləndirdiyi fikirlər tamamilə yersiz, əsassız fikirlərdir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədri ASDP sədrinin fikirlərini cəfəngiyyat sayıb.

 

Əlisahib Hüseynov Araz Əlizadənin aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırmasını, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia etməsini absurd hesab edib:

 

"Araz Əlizadə bir millət vəkilinin heç vaxt və heç vəchlə dilə gətirməməli olduğu fərziyyələrini növbəti dəfə cəmiyyətə sırımağa çalışıb. ASDP-nin sədri və Milli Məclisin üzvü olan bu şəxs unutmamalıydı ki, onun təxribat xarakterli bu iddiaları ilk dəfə Ulu Öndərimiz Heydər Əliyevin səsləndirdiyi tarixi “Bir millət, iki dövlət” şüarının ruhuna və Prezidentimiz İlham Əliyevin yürütdüyü Azərbaycan-Türkiyə qardaşlığı siyasətinə tamamilə ziddir".

 

Araz Əlizadənin cəmiyyətdən gələn qınaqları nəzərə alacağına və bundan sonra bir də heç vaxt bu cür kökündən yanlış mülahizələrlə çıxış etməyəcəyinə ümid etdiyini vurğulayan Əlisahib Hüseynovun fikrincə, dövlətin zəifləməsinə səbəb olan, cəmiyyətin parçalanmasına şərait yaradan bu kimi fikir və iddiaları gündəmə gətirib ictimailəşdirmək düzgün deyil.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Köklü islahatlar olmasa, bu kadr islahatı uğur gətirməyəcək" - VİDEO

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

ALIYEV CABBAR: "713-lə Laçına doğru"

Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQ

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Əzəmətin gücünü qəlblərə damla-damla axıdan dahi

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Araz Əlizadə yenə özünü ifşa etdi

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı