SOS: Əhalini erməninin qarşısında susuz qoyan kimdir?

17:47 03-11-2019 | icon 367 | Gündəm
SOS: Əhalini erməninin qarşısında susuz qoyan kimdir?

Prof.Dr. Qüdrət İsaqovdan Prezidentə və 1-ci vitse-prezidentə açıq məktub

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya

 

Surəti: Baş nazirin müavini Şahin Mustafayevə
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova

 

 

Hörmətli cənab Prezident!

Hörmətli 1-ci vitse-prezident!

 

Qazax rayonunun Aslanbəyli kəndində əhalinin həyətyanı sahələrinin suvarma suyu ilin bütün fəsillərində yoxa çıxıb. Kəmərli və Qaymaqlı kəndlərində isə əhalinin həyətyanı sahələrinin suvarma suyu 10 dəfələrlə azalıb.

 

Kəmərli kəndinin Ermənistanla sərhəddi yaxınlığında yerləşən və suvarma üçün istifadə olunan, dərinliyi 25 metr, səthinin sahəsi bir neçə kvadrat kilometr olan gölün suyu qurudulub. Yəni ermənilər Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərini su ilə təchiz edən gölə tökülən suların qabağını kəsiblər. Nəticədə Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərinin ərazisindən keçən və suvarma məqsədləri üçün istifadə olunan İncə çayı tamamilə qurudulub. Kəndlərimizin susuzluq probleminin ən əsas kökü ondadır ki, bir nəfər feodal Qazax rayonundakı torpaqların böyük əksəriyyətini icarə və özəlləşdirmə yolu ilə öz əlinə keçirib. Kürdən çəkilən suvarma sularını da özünün sahələrini suvarmaq üçün ata malı kimi işlədir.

 

Aslanbəyli, Qaymaqlı və Kəmərli kədlərində yaşayan 20 mindən çox əhali susuz qalıb. İnsanların 50-60 il ərzində yaratdığı bağlar, 100 illərlə əkib-becərdiyi sahələr susuzluqdan yanır.

 

Hörmətli cənab Prezident!
Hörmətli 1-ci vitse-prezident!

 

Nəzərinizə çatdırmaq istəyirəm ki, Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndləri Azərbaycan ordusu yaradılmayan zamanda Ermənistanla sərhəddə könüllü postlar yaratmışdılar. Bu postlarda igid gənclərimiz gecə-gündüz keşik çəkir, erməni təxribatlarına qarşı döyüşürdülər.

 

Bu gün sərhəd kəndlərimizdə yaşayan gəncləri, qocaları Qazax rayonuna bağlayan yeganə qüvvə onların şəxsi torpaqları və həyətyanı sahələridir. Feodal şəxsi torpaqların əksəriyyətini öz əlinə alıb. Yəni kəndlilərin əlindən alıb. Kəndlərə Kürdən çəkilən sularla öz torpaqlarını sulayır. Nəticədə kəndlərdə yaşayan insanlar yararsız hala düşən bağ və baxçalarını, həyətyanı sahələrini də itirmək təhlükəsi ilə üzləşib. Belə getsə, gənclər də qocalar da susuzluqdan yanan və bağı-bağçası olmayan həyətyanı sahələrini atıb, Bakıya və dünyanın müxtəlif şəhərlərinə getməyə məcbur olacaqlar. Erməninin qabağında kim dayanacaq?

 

Yuxarıda deyilənləri nəzərə alaraq

 

 1. Sizdən xahiş edirəm, Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinin əhalisinin torpaqlarının və həyətyanı sahələrinin suvarılma suyu ilə təmin edilməsi üçün göstəriş verəsiniz!

 

2. Sizdən xahiş edirəm, insanların torpaqlarını feodalın əlindən alıb öz sahiblərinə qaytarasınız!

 

3. Sizdən xahiş edirəm, regionların inkişaf proqramı çərçivəsində rayonlarda və böyük kəndlərdə keçmiş MTS-lər tipli qurumların yaradılması və lazımi tədbirlərin yerinə yetirilməsi haqqında Fərman verəsiniz!

 

4. Sizdən xahiş edirəm, kənddə yaşayan insanların əksəriyyətinin fermer kimi fəaliyyət göstərməsinə şərait yaradan Fərman verəsiniz!

 

Qazax rayonu Cənubi Qafqazın mərkəzində yerləşdiyinə görə Qafqaza örnək, Azərbaycanın qərb qapısı olduğundan dövlətimizin pasportu olmalıdır.

Xəbər lenti

Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər

Rayonun musiqi məktəblərinin yetirmələrinin nağara və sazda ifaları, rəqsləri tədbirə əlavə rəng qatıb

650 min ağacın əkilməsi şairin doğulduğu şəhərdən başlanıb

"YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək"

"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"

Əhalinin təbii artımı azalır

Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

“Həyəcan” düyməsi

ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

"Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur"

"Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır"

Sabah ölkə üzrə bir gündə 650 min ağac əkiləcək

"Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir"

BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib

Ali məktəblərə qəbul imtahanlarının tarixi dəyişə bilər?

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

"Seçkilərdə iştirak etməyən partiyanın mövcudluğu gülməlidir" - MÜSAHİBƏ

Bu xəstəlik də "cavanlaşıb"

Qarabağa gedən Yolumuz və ölü erməni

 Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

Mifik "batalyon", sərt ittihamlar və Cümşüd Nuriyevdən açıqlama

"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Burda evlər bir avroya satılır - FOTO

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Siyasi partiya və müstəqil fəalları parlamentin yenilənməsində aktiv olmağa çağırıram"

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"