MSK: Seçkilər qanunun tələblərinə uyğun həyata keçirilib

11:44 15-04-2018 | icon 124 | Siyasət
MSK: Seçkilər qanunun tələblərinə uyğun həyata keçirilib

“Prezident seçkilərində iştirak edən namizədlər mənə zəng edərək seçkilərin təşkilindən razılıqlarını bildiriblər”.

 

Versus.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bu seçkilər Azərbaycanın həyatında ən uğurlu səhifələrdən biridir:

"Seçkilər qanunun tələblərinə uyğun həyata keçirilib".

 

MSK sədri bildirib ki, seçkilər həm Azərbaycan seçicilərinin, həm də beynəlxalq təşkilatların böyük marağına səbəb olub. Onun sözlərinə görə, yerli və beynəlxalq müşahidəçilər seçkilərin hazırlanıb keçirilməsini yüksək qiymətləndirib:

“Hətta deyə bilərəm ki, Azərbaycanda keçirilən seçkilər dünyada nümunə ola bilər”.

 

Seçkilərin ilkin nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc isə 3,11% səs toplayıb.

 

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Türkməneli partiyasının lideri: Kərkük üzərində böyük oyunlar gedir

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Azərbaycan qadınları Dünya Qadın Sammitində

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Türkmənlər gecəni küçələrdə keçirib - FOTO

Qayıdana kimi...

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Sabah ölkə ərazisində gözlənilən hava

Məhəmməd Əmin Rəsulzadənin məktublarının təqdimatı