"Ermənistanın Dağlıq Qarabağda referendum keçirməyə heç bir haqqı yoxdur"

13:32 04-11-2019 | icon 31 | Qarabağ
"Ermənistanın Dağlıq Qarabağda referendum keçirməyə heç bir haqqı yoxdur"

Ermənistan Qarabağda referendum keçirirsə və ya buna niyyət edirsə, rəsmi Yerevanın münaqişə tərəfi olduğunu bir daha sübuta yetirmiş olur.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Elman Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi səsləndirməsinə münasibət bildirərkən deyib.

 

Millət vəkili vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır:

"Dağlıq Qarabağ adlı ayrıca inzibati qurum yoxdur ki, orada nəsə bir tədbir keçirəsən. 1991-ci il noyabrın 26-na qədər Dağlıq Qarabağ Muxtar Vilayəti var idi, həmin vaxt bu qurumun statusuna xitam verildi və bu gün də mövcud deyil.

Hazırda orada tanınmamış separatçı cinayətkar qurum müvəqqəti mövcuddur və onlar da gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəklər".

 

E.Məmmədov deyib ki, Paşinyanın Dağlıq Qarabağda referendum keçirməsi barədə təklifi beynəlxalq hüquq normalarına ziddir:

"Paşinyan görkəmindən donuz otaran erməniyə oxşayır, güc tətbiqi, küçə etirazları ilə hakimiyyəti zəbt eləyən adamdır. İkinci tərəfdən, Ermənistanın Dağlıq Qarabağa nə aidiyyəti var ki, ölkənin baş naziri Dağlıq Qarabağda referendum keçirmək təklif edir?! Bura Ermənistanın deyil, Azərbaycanın ərazisidir. Başqa bir məsələ, bu gün Dağlıq Qarabağda 50 min erməni qala-qalmaya, amma Dağlıq Qarabağın azərbaycanlı icmasının sayı 80 min nəfərdən çoxdur. Ermənilər hansı əsasla, hansı hüquqla orada referendum keçirmək istəyir? Azərbaycanda isə bu referendumun keçirilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyası var və bütün hüquq və vəzifələr də bu Konstitusiya ilə təzimlənib. Ermənilərin bu prosesdə yeganə məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirmək və ölkənin ərazisini genişləndirməkdir. Digər tərəfdən, Ermənistan Qarabağda referendum keçirirsə və ya buna niyyət edirsə, rəsmi Yerevanın münaqişə tərəfi olduğunu bir daha sübuta yetirmiş olur".

 

Milli Məclisin deputatı onu da əlavə edib ki, hazırda Nikol Paşinyanın ölkə daxilində, cəmiyyət qarşısında heç bir siyasi nüfuzu yoxdur, bu üzdən sərsəm bəyanat və təkliflərlə çıxış edir:

"Paşinyan erməni lobbisi və Dağlıq Qarabağdakı qondarma rejim qarşısındakı acizliyini açıq şəkildə dilə gətirə bilmir. Ona görə də o, Dağlıq Qarabağla bağlı hərdən sərsəm fikirlər, absurd təkliflər səsləndirməklə ölkədaxili gərginliyi yumşaltmağa çalışır". /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Deputat əlillər, təhsil və Qarabağ həqiqətlərindən danışdı, bir sıra təkliflər irəli sürdü

Onu ömürlük həbs cəzası gözləyə bilər

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Zərdaba yeni icra başçısı təyin edildi

Yasamal rayonuna icra başçısı təyin edilib

Prezident yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib