Qan qrupuna görə intim uyğunluq

13:58 04-11-2019 | icon 45 | Sağlamlıq
Qan qrupuna görə intim uyğunluq

Hansı kişiyə hansı qadın lazımdır?

 

 

Hər qan qrupunun özünəməxsus sağlamlıq meyarları, xarakterik təsiri və özünəməxsus xüsusiyyətləri var.

 

Amerikalı alimlər qan qrupunun kişi və qadın intim hisslərinə, seksual davranışına və kişi-qadın arasında intim uyğunluğa təsir etdiyini sübut ediblər.

 

Versus.Az Medicina.az-a istinadən qan qruplarına görə intim tələbatları təqdim və seksual xarakteristikanı təqdim edir

 

Kişi I - Qadın I qan qrupu

 

Daim fiziki ünsiyyətə, toxunuşa ehtiyac duyur. Harmonik seksual həyatı seçir, ailə ilə iş və intim həyatı uyğunlaşdıra bilir. Öz sərhədləri olur. Hər iki tərəf I qrupdandırsa, onlar arasında intim uyğunsuzluq olmur.

 

Kişi I – Qadın II qrup

 

Məhz intim münasibət üçün uyğundurlar. Kişi aktivdir, qadın passiv. Yalnız I qrupun kişisi uzun müddətli nəvaziş və səbrlə bu qadını seksual aktivliyə cəlb edə bilir. 

 

Kişi I – Qadın III qrup

 

Bu cütlüklər sərhədsiz bir münasibət yaşayır və istənilən vaxt, istənilən yerdə intim münasibətdə ola bilərlər. Bİr qədər utanmaz cütlüklərdir. Bunu özləri də etiraf edir.

 


Kişi I – Qadın IV qrup

 

Uyğunsuzdurlar. Qadın çox tələbkardır və eqoistcəsinə davranır. Bu kişinin harmonik münasibət istəyini pozur. Aralarında tez-tez mübahisələr olur.


Kişi II – Qadın I qrup

 

Dünyada onlar qədər yataqda birgə vaxt keçirən və bundan yorulmayan cütlük yoxdur. Bəzən acgözlükləri xəyanəti labüd edir.

 

Kişi II – Qadın II

 

II qrup qadınları o qədər çətin, anlaşılmaz  tipdir ki, ən çox seksual  uyğunluq bu qrupun kişisi ilə olur. Kişi qadının istəyini bir baxışdan anlayacaq.

 

Kişi II – Qadın III

 

Onların günü danışmaqla keçir, nəinki real əlaqə. İntim münasibətlərində fərqlilik azdır. Hər ikisi seksdə məyusluq yaşayır. 

Qarşılıqlı cazibə azdır. 

 

Kişi II – Qadın IV

 

Tam uğursuzluqdur. Seksual həyat yox dərəcəsindədir. Sanki qardaş-bacıdırlar. Hər şey köhnə və dəyişmir. Nadir halda ehtiraslı an yaşayırlar.

 

Kişi III – Qadın I 

 

Qadın yataqda liderdir, kişi də ondan geri qalmaq istəmir. Yeniliklər öyrənib tətbiq etməyi sevirlər. Kişi passivliyi bu münasibətdə qəbul olunmur.

 

Kişi III – Qadın II

 

Qeyri-ənənəvi metodları sevirlər, münasibətlərdə açıqdırlar. Partnyorlar ikisi də eyni dərəcədə aktivdir. Amma ailə münasibətləri onlara uyğun deyil, ailədə sanki hər şey tərs gedir.

 

Kişi III – Qadın III

 

Burda hər şey kişidən asılıdır. Partnyorlar seksual texnikalarını təkmilləşdirməli və eynilikdən çıxış yolu axtarmalıdırlar. Qadın bu münasibətlərdə az rol oynayır, amma təbii ki, onun da öz tələbləri var. Tələbatı ödənmədikdə, qısa müddətdə kişini tərk edir.


Kişi III – Qadın IV

 

Temperamenti qaynar cütlükdür. Azardı, eksperimenti sevirlər. Bu variantda kişi gərək bir qədər cavan və enerjili olsun. Orta yaşdan sonra bu kişilərdə xarakter dəyişir.

 

Kişi IV – Qadın I

 

Onları ortaq heç bir şey maraqlandırmasa da, seks birləşdirir. Qadın çox temperamentli və tələbkardır. Kişi bunları təmin edə bilsə, intim planda ən xoşbəxt cütlük ola bilərlər.

 

Kişi IV – Qadın II

 

Kişi ehtiraslıdır, qadını bir müddət cəlb edir. Amma onun tələbləri qadını yorur. Davamlı birgəlik uğurlu deyil və sonu görünmür. Kişi tez tərk edir.

 

Kişi IV – Qadın III

 

Digər qan qrupu cütlüklərinə baxdıqda, ən gec-gec intim münasibətdə olan tiplər bunlardır. Lakin bu onları narahat etmir, vəziyyətlərindən razıdırlar. Əgər qadın və kişi bir-birinə hörmət edirsə, elə ayda ildə bir dəfə görüş də onlar üçün xoşbəxtlik hesab edilə bilər.

 

Kişi IV – Qadın IV

 

Tamamilə harmonik, seksə yaradıcı yanaşan, bir-birini tamamlayan, problemsiz cütlükdür. Qarşılıqlı həzz sonsuzdur. Bir şərtlə ki, kənar müdaxilələr olmasın və sosial problemlərdən usanmasınlar. Nə problemləri olsa da, intim mövzuda problem olmamalıdır.

 

Versus.Az

Xəbər lenti

Xarici ali təhsil ixtisaslarının tanınması ilə bağlı sənəd qəbulu dayandırılır

Səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır

"Mənşəyi məlum olmayan dərmanlar və onların reklamlarına nəzarət edilməlidir"

Havanın temperaturu aşağı düşəcək

Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıldı

Deputatdan TƏKLİF

Təmas xəttində monitorinq keçirilib

Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq

"Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başlandı

Bu uşaqlara müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı

İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq

Meri Sabunçu sakinlərinin problemlərinin həlli istiqamətində tapşırıqlar verib

Azərbaycan UNESKO-nun Baş Konfransının 40-cı sessiyasının vitse-prezidenti seçilib

Bu gün Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Azərbaycanlı hakimə UEFA-dan təyinat

"Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır"

“Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” - KONFRANS

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Sevindik Nəsiboğlu görkəmli şərqşünasın 80 illiyinə şeir həsr etdi

Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi - FOTO