ATU-da Mürsəl Qarayevin 100 illiyi münasibətilə tədbir keçirilib

15:25 04-11-2019 | icon 60 | Təhsil
ATU-da Mürsəl Qarayevin 100 illiyi münasibətilə tədbir keçirilib

Noyabrın 4-də Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı Mürsəl Qarayevin 100 illiyi münasibətilə tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Səhiyyə naziri Oqtay Şirəliyev, Gənclər və İdman naziri Azad Rəhimov, ATU-nun rektoru Gəray Gəraybəyli iştirak ediblər.

 

Qonaqları salamlayan G.Gəraybəyli qonaqlara Mürsəl Qarayev haqqında məlumat verib. Onun sözlərinə görə, tarixdə elə şəxsiyyətlər var ki, həmişə yadda qalır. O, M.Qarayevin ailəsindəki şəxsiyyətlərdən də danışıb. Rektor onun müharibədəki fədakarlıqlarından, uğurlarından söz açıb. 

 

Daha sonra "Cərrah" sənədli filmi nümayiş olunub.

Tədbirin davamında çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, belə yubileylərin keçirilməsi artıq ənənəyə çevrilib və bu, yaxşı haldır. O, M.Qarayevin cərrahiyyə sahəsindəki fəaliyyətindən danışıb:

"Cərrahiyyənin elə bir sahəsi yox idi ki, M.Qarayev cərrahi əməliyyatlar keçirə bilməsin. Bu, onunla bağlıdır ki, M.Qarayev həkim ailəsində - ilk pediatrlarımızdan olan Əbülfəs Qarayevin ailəsində dünyaya göz açmışdı. Onun belə genişmiqyaslı, istedadlı cərrah kimi yetişməsində müharibə dövrünə təsadüf etməsi də rol oynayıb. O, orduyla birlikdə hərəkət edən hospitallarda fəaliyyət göstərirdi".

 

Xalq artisti Oktay Mirqasımov sənədli film haqqında fikirlərini bildirib. O, film üzərində çalışan sənətkatlara təşəkkür edib. Sonra M.Qarayev haqqında xatirələrini bölüşüb.

 

Tədbirin davamında Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadə də M.Qarayev ilə bağlı xatirələrini bölüşüb. 

 

Sonra sənədli filmin ssenari müəllifi və "Doktor Qarayev" kitabının müəllifi Səlim Babullaoğlu çıxış edib. O, kitabı yazdığı müddətdə bu ailənin tarixi, üzvləri haqqında geniş məlumata sahib olduğunu vurğulayıb. S.Babullaoğlu M.Qarayevin cərrah fəaliyyətindən söz açıb.

 

Əbülfəs Qarayev çıxışında kitab və filmin müəlliflərinə təşəkkür edib. O qeyd edib ki, insanın tarixdə qalması üçün incəsənətin, mədəniyyətin böyük rolu var:

"Buna görə, incəsənət xadimlərinə təşəkkür edirəm. Kitabd və filmdə müxtəlif yadda qalan anlar, məqamlar yada düşə bilər və nə qədər səmimi danışmısınızsa, demək M.Qarayev hədər yaşamayıb".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Qadının ən gizli orqanının sirri açıldı

Paşinyan yenə sərsəmlədi və...

AXCP prezidentə müraciət etdi

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

Onu ömürlük həbs cəzası gözləyə bilər