SOCAR-ın iki şirkəti Gürcüstanın şirkətləri arasında yer alıb

08:39 06-11-2019 | icon 34 | İqtisadiyyat
SOCAR-ın iki şirkəti Gürcüstanın şirkətləri arasında yer alıb

2018-ci ildə Gürcüstanın ən gəlirli şirkətlərinin ilk onluğu arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iki şirkəti yer alıb. 

 

Versus.Az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi (GEOSTAT) yerli KİV-lərin sorğusuna cavabında bildirib. 

 

Məlumata görə, SOCAR-ın pərakəndə yanacaq satışı həyata keçirən “SOCAR Georgia Petroleum” və təbii qazın topdan satışını həyata keçirən “SOCAR Georgia Gas” şirkətləri Gürcüstanın ən gəlirli 10 şirkəti arasında yer alıb. 

 

Qeyd edək ki, 2018-ci ildə “SOCAR Georgia Gas” Gürcüstanda 567 milyon lari məbləğində vergi ödəyib. 640 000 abonentə təbii qaz paylayan şirkətin hazırda 2200 işçisi var. 1500 işçisi olan “SOCAR Georgia Petroleum” şirkəti isə bu ölkədə ilk yanacaqdoldurma stansiyası olaraq 25 aprel 2008-ci ildə istifadəyə verilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Qadının ən gizli orqanının sirri açıldı

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Yatanda ayaqların arasına yastıq qoyun

"2020-ci il seçkiləri oğurlanır"

Onu ömürlük həbs cəzası gözləyə bilər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Zərdaba yeni icra başçısı təyin edildi

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”